Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekoloji xəstə şəhərin xəstə insanları
Ekoloji xəstə şəhərin xəstə insanları

Hər il meşə yanğınları ilə əlaqədar hava çirklənməsi nəticəsində 33,5 min nəfər insan həyatını itirir. Böyük Britaniyada aparılmış tədqiatalar nəticəsində aydın olub ki, hər il 200 britaniyalı məhz bu səbəblə həyatını itirir.

Tədqiatçılar bəyan ediblər ki, 2000-2016-cı illər arasında 43 ölkədə 66 milyon insan ölümünü araşdırarkən məlum olub ki, bu ölümlərin 33500-ü meşə yanğınları nəticəsində hava çirklənməsinin nəticəsində baş verib.

The Times-ın məlumatına görə, alimlər PM2,5 adlanan kiçik hissəsiklər ə diqqət çəkiblər.Bu hissəciklər meşə yanğınları amanı yaranarkən daha təhlükəli olurlar.Meşə yanğınlarının tüstüsü daha toksikdir

“Bu il bütün dünyada meşə yanğınları mövsümü daha sərt keçdi, geniş miqyas aldı. Kaliforniya, Sibir, Türkiyə, Yunanıstan, İsrail,Əlcəzair dəhşətli yanğınlarla üzləşdi. Hava kirliliyindən ölənlərin sayı yanğınlar söndükdən sonra da artmağa davam edəcək. London, Avstraliya, Çin və ispaniyalı mütəxəssilərin daxil olduğu araşdırmaçı qrup dünyanın 749 ölkəsində meşə yanğınları ilə bağlı iqlim dəyyişmələrini və hava kirlənməsini araşdırıblar.

The Lancet Planetary Health elmi jurnalında dərc olunmuş nəticələrə görə, PM2,5 hissəciklərinin artması ürək-damar, raspirator xəstəliklər nəticəsində ölüm faizini artırıb.

“Ən dəhşətli vəziyyət Yaponiyadadır.Bu ölkədə hər il ətraf mühitin meşə yanğınları nəticəsində çirklənməsi səbəbilə 7000 insan ölür. Cənubi Afrikada 5300, Tailandda 4300, ABŞ-da 3200 nəfər bu səbəblə ölür.Bu sıralamada Britaniya 23-cü, Almaniya 24-cü yerdə dayanır.

Meşə yanğınları zamanı tüstü və onun vurduğu zərər 1000 kilometr məsafəyə yayıla bilər”,- deyə məlumatda bildirilir.

İllik meşə sahələrinin demək olar ki, üçdə biri yanğınla əhatə olunur. Ağaclar ölür, otlar, kollar, yosunlar və likenlər yanır, torpaq zədələnir, orada yaşayan mikroorqanizmlər ölür.

Almaniya Kimya İnstitutunun əməkdaşları Sibirdəki meşə yanğınları zamanı atmosferə atılan istixana qazlarının miqdarını təxmin etdilər. Meşələrin intensiv yandırılması zamanı havadakı fon tərkibi ilə müqayisədə karbonmonoksit konsentrasiyası təxminən 30 dəfə, metan - iki dəfə, karbon qazı - 8%artır.Yanğınlardan yaranan emissiyalar istixana təsirini artırır. Onun mahiyyəti, yerdən əks olunan günəş şüalarının istixana qazları tərəfindən saxlanılan uzun dalğalı istilik radiasiyasına çevrilməsindədir. Nəticədə havanın temperaturu yüksəlir.

Meşədə bir kiloqram quru maddə yandıqda atmosferə bir yarım kiloqramdan çox karbon qazı, yüz qramdan bir qədər çox karbon monoksit və dörd qram metan qalxır. Meşələrdə yanğın zamanı ağaclar kiloyla yox tonlarla, hektarlarla yanır. Fəlakətin miqyasını təsəvvür edirsinizmi? Xüsusən böyük şəhərlərdə, əhali sayı çox, avtomobillərin sayı çox, zavod və fabriklərin sayı çox, yaşılllığın səviyəsi azdırsa, üstəlik şəhərin ekoloji problemləri mövcuddursa burda yaşayan insanların sağlamlığından söhbət gedə bilərmi?

Bakı şəhərinində ekoloji mühitə diqqət edilməsi məqsədi ilə böyün neft emalı zavodlarının şəhərdən çıxarılmasına qərar verildi və onların Ələtdə yerləşdirilməsinə başlandı. Lakin nəzərə almaq lazımdır ki, heç Ələt də paytaxta o qədər uzaq məsafə sayılmaz. Paytaxt yaxınlığında, Səngəçalda yerləşən sement zavodu, neftayırma zavodu kimi zavodlardan ayrılan tullantılar şəhərin havasını əsaslı şəkildə ağırlaşdırır. Bu gün dənizdən neft çıxaran yerli və xarici şirkətlərin qarşısında qoyulan birinci şərt ekologiyaya zərər verilməməsi, ətraf mühitin qorunmasıdır. Böyük şirkətlər bu deyilənlərə əməl edirlər, qaydalar pozulanda böyük cərimələr ödəməli olurlar. Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması şərt kimi qoyulur, qarşısını almağa çalışırlar, amma bacarıldığı qədər.

Bir neçə günlük şəhəri tərk etdikdən sonra Bakıya qayıdan insanın şəhərin girəcəyində hiss etdiyi ilk şey şəhərin ağır, hətta üfunətə yaxın qoxusudur. Bakı şəhəri sürətlə böyüsə də şəhərin kanalizasiya sistemi 60-70-ci illərdəki əhali sayına hesablanmış vəziyyətdədir. Çirkələnmənin bir səbəbi də budur. Üstəlik şəhər mərkəzlərində təmizlik nə qədər qorunursa şəhər mərkəzindən kənarda, gözdən uzaq küçələrdə bir o qədər natəmizlik hökm sürür. Kustar sexlər fəaliyyətdədir, Metal əridən də var, plastik hazırlayan sexlər də var, ət məhsulları istehsal edən sexlər, ət kəsimi sexləri. Bu kiçik müəssisələrinin qapılarını nə ekologiya əməkdaşları açır, nə sanitar epidemioloji stansiya. Çirk, üfunət, xəstəlik bir – birinə qarışmış halda .Və buralar elə yerlərdir ki, əhali də sıx şəkildə yaşayır. Kiçik sənaye müəssisəsləri ilə iç-içə. Çoxusu sənədsiz evlər,sənədsiz müəssisələrdir. Belə problem artıq 30 ilə yaxındır davam edir. 30 il bir igidin ömrü deməkdir. Hərçənd belə şəraitdə yaşayıb yaşa dolan insanlara igid yox. xəstə demək lazımdır. Əksəriyyəti müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Neft sənayesi şəhəri olduğuna görə, Bakıda radiasiya səviyyəsi gərəkəndən artıq səviyyədədir. Bunun özü elə insan həyatı üçün təhlükəlidir.Neft yetməyib, özümüz də əlavə çirkləndirəndə yaratdığımız zibilliyin içərisində yaşamlı oluruq. Etiraf edək ki, millət olaraq biz ətraf mühütin təmziliyinə düşkün deyilik. Təmiz olan yerləri sevirik, amma onu çirkləndirib, bərbad etməyə heyfimiz gəlmir. Nə qədər ki dəyişim, təkamül özümüzdən başlamayıb,özümüz özümüzü təbii fəlakətlərin içərisinə sürüməkdə davam edəcəyik.

İlhamə

Paylaş »
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
››› “Ərdoğanın Moskva səfəri regiondakı gərginliyi azalda bilər”
Son xəbərlər
Bütün xəbərlər »