Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkdilli ölkədə rus dili ətrafında niyə qalmaqal yaranıb
Türkdilli ölkədə rus dili ətrafında niyə qalmaqal yaranıb

Qazaxıstanda dil haqqında qanunun qəbulu böyük problemlər ortaya çıxarıb. Ölkədə rusca danışanlara qarşı dözümsüzlük müşahidə edilir. Hətta milliyyətçilərdən ibarət dəstələr ictimai iaşə obyektlərinə, dövlət idarələrinə girərək bu dildə cavab verənləri cəzalandırır. Məsələ Rusiya ilə Qazaxıstan arasında gərginliyə də səbəb olub.

Bizimyol.info xəbər verir ki, türkdilli ölkədə baş verənlər çox müzakirə edilir. Milliyyətçilərə haqq qazandıranlar da var, qınayanlar da. Veb-naşir Canıbəy Suleyev deyir ki, diskriminasiyadan söhbət gedə bilməz. Amma o, problemlərin olduğunu bildirir.

“Məsələ ondadır ki, rusdillilər problem çıxarır. Onlar qazaxca danışmamaqda israr edir. Qazax dili isə böyüyür. Ölkədə bu dildə danışanların sayı daha çoxdur. Hesab edirəm ki, bizim dilin inkişafı dayanıb. Ölkədə elm mütərəqqi xarakter daşısaydı, çatışmazlıq daha aydın görünərdi. Diskriminasiya ola bilməz. O vaxt olardı ki, qazaxca danışa bilməyənlərin maaşlarını kəsərdilər”.

Müstəqil jurnalist Ashat Asan deyir ki, kənardan qazax dilinə təzyiq var. O, bu yolla müstəqilliyə təhlükə yaradıldığını düşünür.

“Dil problemi dünən ortaya çıxmayıb. Hələ bir əsr əvvəl milliyətçilər problemi qabardırdılar. Müstəqillik itirilmişdi, müstəmləkə ilə başqa cür davranıla bilməzdi. SSRİ-də hamı rus dili standartlarına uymağa çalışırdı. Amma iş o yerə çatmışdı ki, qazax dili azlığın dilinə çevrilmişdi. Dil dalana dirənmişdi. Elə təəssürat yaradılırdı ki, qazax dili yalnız auldan çıxanların, mədəniyyətsiz, savadsız insanların dilidir. Qazaxıstanda harada diskriminasiya var? Hər yerdə rusca ifadələr eşidə bilərsiniz. Hətta dövlət də rusca idarə olunur. Ölkədə adicə blanklar rusca tərtib edilib. Mən hələ bir rusa rast gəlməmişəm ki, aşağılandığını desin”.

Qazaxıstanda ruslillilərə qarşı daha çox Kuat Əhmədovun rəhbərlik etdiyi milliyyətçi dəstə aqressiv görünürdü. Hərçənd, yerli mətbuat onların heç kimə zərər vurmadığını yazır. Kuat Əhmədov özü dil haqqında qanuna riayət olunmasında problemlərə görə qıcıqlandığını gizlətmirdi. Dəstənin rəhbəri məhz Rusiyanın təzyiqi ilə həbs olunub. Qazaxıstanda bunun doğru addım olmadığını böyük əksəriyyət düşünür. Jurnalist Madi Alimov həmkarlarına qoşularaq bildirir ki, qazax dili ölkədə aparıcı missiyanı daşımalıdır. O da rus dilinin önə çıxarılmasının əleyhinədir.

Bizimyol.info

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
Son xəbərlər
Bütün xəbərlər »