Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Avropa dövlətləri birlik qura biliblərsə, türk dövlətləri də qura bilərlər”
“Avropa dövlətləri birlik qura biliblərsə, türk dövlətləri də qura bilərlər”

Türkdilli dövlətlərin investisiya fondunun yaradılması prosesi yekunlaşmaq üzrədir.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, layihə bir neçə il bundan öncə başlanılıb ki, bu istiqamətdə hazırlıq işləri bitmək üzrədir:"Yaradılacağı vaxtda həmin fond bizim ölkələrimizdə reallaşan investisiya layihələrində səhmdar kimi iştirak edə bilər və bununla da, ölkələr arasında birgə layihələrin və ümumilikdə, ticarət, kommersiya, iqtisadi inteqrasiyanın sürətləndirilməsinə töhfəsini verə bilər".

Fondun yaradılması onun qurucu ölkələrində infrastrukturun inkişafı, biznesin maliyyələşdirilməsi və müəyyən ölkələrin iqtisadiyyatlarının qarşılaşdıqları investisiya layihələrində maliyyə çatışmazlığı ilə maneələrin aradan qaldırılması naminə əlavə resursların səfərbər edilməsinə kömək edəcək (APA).

Milli Məclisin deputatı, iqtisadçı-alim Vahid Əhmədovun sözlərinə görə, belə bir qurumun yaradılması müsbət hadisədir.

Vahid Əhmədov - Deputat Vahid Əhmədov

“Əlbəttə mənim məlumatım var idi ki, belə bir fondun yaradılması istiqamətində işlər gedir. Onu deyim ki, bu layihə üzərində çox ciddi işlər aparılır və inanıram ki, türkdilli dövlətlər arasında iqtisadi birliyin möhkəmlənməsi istiqamədində və xalqlarımızın rifahı naminə böyük bəhrəsi olacaq”, - deyə deputat bildirib.

O qeyd edib ki, türkdilli dövlətlər arasında artıq siyasi, hərbi və enerji təhlüksəzizliyi istiqamətində sıx tərəfdaşlıq mövcuddur.

“Bir neçə ildir ki, həm siyasi, həm də iqtisadi müstəfidə sıx tərəfdaşlıq münasibətləri var və son illər bu münasibətlər yüksək səviyyəsinə çatıb. Təbii ki, bu istiqamətdə Türkiyənin, cənab Ərdoğanın böyük səyləri var. Düşünürəm ki, Türkdilli Dövlətlərin İnvestisiya Fondu bu dövlətlərin daha müstəqil siyasi-iqtisadi xətt yürütməsi, eyni zamanda bir sıra problemlərin öhdəsindən birgə gəlməsi üçün önəmli rol oynaya bilər. Məsələn, Azərbaycan müstəqil siyasət yürüdür, lakin Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanla da yaxın siyasi-iqtisadi əlaqələrin qurulmasına, birgə layihələrin reallaşmasına üstünlük verir. Avropa dövlətləri bir araya gələrək, tədricən Avropa İttifaqı qura bildilər, niyə biz belə birlik yaratmayaq? Əlbəttə, müxtəlif xarici qüvvələr buna mane olmağa çalışacaqlar, lakin biz öz yolumuzdan, hədəfimizdən dönməməliyik”, - deyə deputat vurğulayıb.

V.Əhmədovun fikrincə, yeni investisiya fondu ilk növbədə qurucu ölkələrin ərzaq təhlükəsizliyini təmin etmək üçün müəyyən yatırımlar etməli olacaq: “Daha sonra ləqliyyat və infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafını və yüksək texnologiyalarla bağlı əməkdaşlığı da qeyd edə bilərik”.

Deputat, iqtisadi elmlər doktoru, professor Rüfət Quliyev də o fikirdədir ki, türkdilli dövlətlərin investisiya fondunun yaradılması irəliyə addımdır.

Rüfət Quliyev Rüfət Quliyev

“Birlik-birgəlik gözəl təşəbbüsdür. Lakin hər hansı böyük layihələrdən, yaxud yeni yatırımlardan söz gedəndə, hər bir ölkənin iqtisadiyyatına, potensiyalına və yerli iqtisadi mühitinə nəzər yetirmək lazımdır. Biz bu birliyi inkişaf etdirib ticari və iqtisadi səviyyədə inkişaf etdirə bilərik. Xüsusilə də, ticarətlə başlamaq olar. Amma burda da seçimlə yanaşma lazım gələcək. Yerli sahibkarların bazardan sıxışdırılıb çıxarmamasını da düşünmək lazımdır, istehlakçılar üçün əlverişli olacaq rəqabəti də”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, hazırda türkdilli dövlətlər arasında enerji layihələri ilə bağlı sıx əməkdaşlıq var.

“Lakin qeyri-neft sektoruna, kənd təsərrüfatının inkişafına, habelə, müdafiə sənayesinə aid mütərəqqi layihələri birgə gerçəkləşdirmək mümkündür. Hər bir ölkənin özünün iqtisadiyyatı və bu iqtisadiyyatda yüksək pay tutan sahələr var. Yerli iqtisadiyyata zərbə vurmamaq şərtilə, hər bir qurucu ölkədə fərqli layihələr gerçəkləşdirmək, ya artıq mövcud olan bir istiqamətdə, ya da yeni bir istiqamətdə geniş işlər görmək olar. Həmçinin, gənc mütəxəssislərin yetişdirilməsi, bilik və təcrübə mübadiləsinə də diqqət yetirməyimiz lazımdır”, - deyə deputat əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »