Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanla sülh sazişinin imzalanmasına aylar yox, illər gedəcək”
“Ermənistanla sülh sazişinin imzalanmasına aylar yox, illər gedəcək”

“Qorxuram ki, ictimaiyyətin gecikmə ilə öyrənəcəyi və heç bir şeyə vaxt tapmayacağı ciddi proseslər oktyabrın 1 -dən əvvəl baş versin”.

Bizimyol.info saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu "5165" hərəkatının lideri Karine Tonoyan deyib.

Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanmasına hazırlıqdan danışa bilərik.

Tonoyanın iddia edir ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa, habelə, Türkiyəyə qarşı “soyqırım” iddialarından imtina etməyə hazırlaşır.

O, Ermənistan hökumətinin müstəqilliliyin ildönümü tədbirlərinə təmtəraqla hazırlaşmasına irad bildirib və bunun müharibədə həlaklar olanların ruhuna hörmətsizlik olduğunu vurğulayıb.

Bizimyol.info saytına danışan politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, sülh sazişi ilə bağlı, xüsusilə də hər hansı yaxın tarixdən danışmaq hələ tezdir.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“Aydın məsələdir ki, bunun üçün aylar yox, illər lazım gələcək. Sülh sazişinin imzalanması üçün, Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır. Bu istiqamətdə də bir işartı görmürəm. Ermənistanın XİN başçısı Moksvada demişdi ki, biz Azərbaycanla danışıqları ancaq status məsələsi ətrafında apara bilərik. Azərbaycan isə status məsələsini ümumiyyətlə qəbul etmir. Belə olduğu halda, prosesin yubanacağı şübhə doğurmur”, - deyə E.Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, vaxtaşırı olaraq, Ermənistan müxalifəti sülh sazişi ilə bağlı müxtəlif məlumatlar tirajlayır və bununla hakimiyyətə təzyiq etməyə çalışırlar.

“Paşinyan hərdən “isti” açıqlamalar verir, lakin praktikada hansısa dəyişiklik görünmür. Çünki Paşinyan özündə bu iradəni tapa bilmir. Mosvkada da ikibaşlı oyunlar oynanılır. Sülhməramlı qüvvələrin yeni komandanı gedib İrəvanda ilk olaraq Ermənistan rəhbərliyi ilə görüşür. Sülhməramlılar bizim torpaqlarda dislokasiya olunublar. Lakin biz görürük ki, Rusiya hələ də Ermənistanın ona lazım olduğu mesajını verir. Digər tərəfdən, Rüstəm Muradov Maxaçqalada açıqlama verib ki, sülhməramlıların müddəti uzadılacaq. Axı sənin bu haqda danışmağa nə səlahiyyətin çatır? Ümumiyyətlə, Rusiya tərəfinin də tezliklə sülh sazişi imzalanmasında maraqlı olduğu hiss olunmur”, - deyə E.Şahinoğlu əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »