Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanları savadsızlığa sürükləyirlər: Bağlı qalan kitabxana qapıları
İnsanları savadsızlığa sürükləyirlər: Bağlı qalan kitabxana qapıları

Kitab oxumaq insanın intellektual səviyyəsinə, dünyagörüşünə müsbət təsir göstərən ən başlıca amillərdən biridir. Mütəxəssislərin fikrincə, mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir. Almaniyalı professor Fişerin sözlərinə görə, "insan düşündükcə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehni məşğələ etmək lazımdır".

Kitab oxumağın orqanizmə faydasını araşdıran britaniyalı alimlər də maraqlı nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır. Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir.

Di gəl ki, 2020-ci ilin mart ayından etibarən ölkəmizdə kitabxanaların fəaliyyəti tamamilə dayandırılıb. Operativ qərargahın qərarı ilə 2021-ci ilin iyul ayından etibarən ölkə ərazisində mövcud olan şadlıq sarayları, ticarət mərkəzləri, kafe və restoranlar, məscidlər, idman zalları, sentyabrın 22-dən məktəblərdə, sentyabrın 29-dan isə Ali təhsil müəssisələrində dərslərin ənənəvi qaydada fəaliyyəti bərpa edilsə də, kitabxanaların qapıları oxucuların üzünə hələ də bağlı qalmaqdadır.

Təhsil eksperti Elçin Əfəndi Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, kitabxanaların bağlı qalması heç bir məntiqə sığmır.

Elçin Əfəndi Elçin Əfəndi

“Bizim bədbəxtçiliyimiz ondadır ki, kitabxanalardan istifadə edənlərin sayı onsuzda az idi. Təsadüfi hallarda insanlar kitabxanalara üz tuturdular. Pandemiya dönəmində də ümumiyyətlə istifadəsi mümkün olmadı.

Bu aydan etibarən ümumtəhsil müəssisələrində ənənəvi qaydada dərslər baxlayacaq. Bu zaman kitabxanalara təlabat yarana bilər.

Düşünürəm ki, ıyləncə mərkəzlərinin, kafe-restoranların açılmasındansa, kitabxanaların açılması daha məqsədə uyğun idi. Kitabxanaların bağlı qalması hamıya qaranlıq qalan məqamdır. Düşünürəm ki, növbəti brifinq olarsa, mütləq bu barədə qərar verilməlidir və kitabxanalar açılmalıdır”,-deyə ekspert bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »