Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir söz kişi və qadın arasında münasibətlərin başa çatdığını üç ay əvvəldən xəbər verir
Bir söz kişi və qadın arasında münasibətlərin başa çatdığını üç ay əvvəldən xəbər verir

Cütlük arasında münasibətlər boşanmadan, ayrılıqdan xeyli əvvəl baş tutur. Sadəcə, tərəflər bunun fərqinə çox varmır. Onlar həmin mərhələ haqqında düşünür. Haıbuki gələcək barədə danışan çox vacib nüans ortaya çıxır.

Bizimyol.info xəbər verir ki, bir söz kişi və qadın arasında münasibətlərin başa çatmasına üç ay əvvəldən eyham vurur. Prinston Universitetinin tədqiqatçıları belə qənaətə gəlib. Onlar “Reddit” platformasında araşdırma aparıblar. Münasibətdə olan şəxslərin ifadə tərzi müşahidə edilib. Tədqiqatçılar konkret dil markerlərinə diqqət ayırıblar. Məlum olub ki, məhz bir söz münasibətlərin xeyli əvvəldən başa çatmasının xəbərçisi olur. Tədqiqat tərəflərin son aylarda “mən” ifadəsindən daha çox istifadə etdiyini ortaya çıxarıb.

Araşdırma haqda Almaniya mətbuatında yer alan yazıda deyilir: “Söz seçimindəki bu kiçik, lakin əhəmiyyətli dəyişiklik çoxunun diqqətindən yayınmayacaq. Təkcə özümüzdən başqa. Halbuki ritorika çox əhəmiyyətli bir rol oynayır. Bir cüt olaraq bizim haqqımızda danışmaq əvəzinə bir fərd olaraq özümüz haqqında danışmağa başlayanda ümumi gələcəyin bir hissəsi olmaqdan çıxırıq”.

Həmin dönəmdə tərəflər hələ fiziki ayrılığın mümkünlüyünə əmin olmurlar. Amma ritorika gələcəyə eyham vurur. Yəni böyük bir dəyişikliyin əsası biz bunun fərqinə varmayanda qoyulur. Tərəflər yavaş-yavaş həmin sonluğa doğru gedir. Onlar əhəmiyyət vermədən daha çox özünütəsdiqə, özünümüdafiəyə köklənirlər. Ünsiyyətdə “mən” ifadəsinin çəkisi artır.

Tədqiqatçılar bildirir ki, cütlük arasında hisslər qalıbsa, danışıq manerasına xüsusi fikir vermək lazımdır. Mütləq özünə sual verməlisən ki, bu münasibət sənə nə dərəcədə lazımdır. Ayrılmaq istəyib-istəmədiyini içində tam dəqiqləşdirməlisən. Tərəflər ayrılmağı ağlına belə gətirmirsə, onda danışıq forması və tonu müzakirə olunmalıdır. “Mən” ifadəsinin çox işlənməsindən imtina etmək mümkün deyilsə, deməli, gözlənilən sonluqdan da qaçmaq alınmayacaq.

Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› Rusiya Dövlət Dumasına seçkilərlə bağlı ilkin məlumat
Son xəbərlər
Bütün xəbərlər »