Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya NATO ilə partizan müharibəsinə hazırlaşır
Rusiya NATO ilə partizan müharibəsinə hazırlaşır

Rusiya NATO ilə partizan müharibəsinə hazırlaşır.Avropa “Qərb-2021” Rusiya – Belarus  hərbi təlimlərindən narahat olur. Bu fikirlər Amerikaının National Interest qəzetində  yer alıb.Müəllif Rusiyanın bu yolla NATO-ya qarşı partizan müharibəsi başlatdığını bildirib.

Müəllif qeyd edib ki, manevrlərin əsas hədəfi Qərblə konflikt olarsa hərəkətlərin işlənib hazırlanması deyil. Təlimlərin  əsas hissəsi urbanizasiyanın sıx olduğu ərazilərdə keçirilir.Məhz bu partizan müharibəsinə hazırlıqdan xəbər verir.

Ukrayna, Polşa, Latviya da bu təlimlərdən narahatlıq ifadə ediblər. Duq Bendou adlı müəllif isə öz icmalında bildirib ki, Rusiya və ABŞ dünya arenasında bərabərhüquqlu tərəfdaş ola bilərlər.

“Onlar bilikdə Şimali Koreyanın   nüvəsizləşdirilməsi  proqramını həyata keçirə bilərlər.Bu problemi  fikir ayrılığı yaradan digər məsələlərdən kənarda saxlayıb , mütləq şəkildə həll etmək, daha sonra tərəfdaşlığa nail olmaq olardı”- deyə müəllif  qeyd edib.

Qeyd edək ki, Putin və Lukoşenkonun son  görüşündə “Qərb 2021” hərbi təlimlərinin NATO-nun artan aktivliyi  fonunda keçirildiyi vurğulanmışdı.

Görünən budur ki, amerikalı müəllif dəlinin yadına daş salmaqla, ya da mövcud olan planın ip uclarını verməklə dünyada yeni bir münaqişə ocağına işarə edir. Rusiya və ABŞ-ın toqquşub xaraba qoyduqları bütün  döyüş meydanlarından ( Liviya, Suriya, İraq, Əfqanıstan, Vyetnam) sonra növbəti hədəf özünü bütün dünyadan dəmir   pərdələrlə qorumağa çalışan Şimali Koreyadır. Hər nə qədər bu dövlət dünyadakı siyasi proseslərdən kənarda qalmağa çalışsa da, ətrafda baş verən yanğın onun sərhədlərinə də sıçraya bilər.

İlhamə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »