Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ və Çin arasında toqquşma təhlükəsi yaranıb: "Çinin qələbəsinə şübhə yoxdur"
ABŞ və Çin arasında toqquşma təhlükəsi yaranıb: "Çinin qələbəsinə şübhə yoxdur"

Qlobal böhran dövründə Çin ilə ABŞ-ın münasibətləri xüsusilə gərginləşdi. Vaşinqton hələ Donald Trampın prezidentliyi dönəmində Pekini xəstəlik yaymaqla dünyanı iflic etməkdə qınamışdı.

Son aylarda isə gərginlik bir az da artıb. Qarşılıqlı hərbi təlimlər ritorikanı sərtləşdirib. Qarşıdurma ən yüksək həddə çatıb.

Bizimyol.info xəbər verir ki, Çin ABŞ-ı müharibə ilə hədələyir. Asiya ölkəsinin mətbuatı Nanşa adası yaxınlığında Amerika gəmilərinin görünməsinin Pekini qıcıqlandırmasından yazır. Çin ABŞ-ı su sərhədlərini pozmaqda ittiham edir. Birləşmiş Ştatlar isə beynəlxalq hüquqa zidd davranmadığını, həmin yerin heç kimə məxsus olmadığını bildirir.

Hadisələr Meydzi dəniz qayalarının ətrafında baş verir. Tərəflər arasında hələ çoxdan bu istiqamətlə bağlı fikir ayrılığı var. İş orasındadır ki, beynəlxalq hüquq heç bir tərəfə tamhüquqlu imkanlar yaratmır. Yəni buranı mübahisəli yer adlandırmaq olar.

Çin ABŞ-ı təxribat törətməkdə ittiham edir. Yerli mətbuat yazır ki, belə davranış cavabsız qalmamalıdır. Hər imkanda müharibəyə eyham vurulur.

“Çin hərbi gəmiləri Asiya-Sakit Okean bölgəsindəki ABŞ hərbi bazalarına, habelə ABŞ müttəfiqlərinin sahil xəttinə yaxınlaşaraq qısa məsafəli kəşfiyyat aparsa, naviqasiya azadlığını göstərsə, bu da beynəlxalq hüquqa uyğun davranış adlanacaq, yoxsa xaos sayılacaq? Birləşmiş Ştatlar bölgədə əmin-amanlığı pozmaq istəyir. Qeyri-müəyyən vəziyyət yaradılır. Sonradan bunu tənzimləmək asan olmayacaq. ABŞ təxribatla bizi sərt addımlara sövq edir. Çin istənilən vaxt üstünlüyünü ortaya qoya bilər. Müharibə başlasa, Çinin qələbə qazanacağına şübhə yoxdur”, - Asiya ölkəsinin mətbuatı bu haqda belə danışır.

Çin mediası yerli ordu barədə yüksək fikirlər yazır. Digər tərəfdən xüsusi qeyd olunur ki, hadisələrin cərəyan etdiyi Cənubi Çin dənizində insidentsiz ötüşmək mümkün deyil. Yəni tərəflər daim bir-birinə əzələ nümayiş etdirməli olacaq. Çin mətbuatı müharibə ehtimalını xüsusi vurğu ilə qeyd edir. Sanki Asiya dövləti özünü buna hazırlayıb.

Bizimyol.info

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »