Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistin videosu yayılan Göyüşovun şikayəti əsasında saxlanıldığı iddia olunur
Jurnalistin videosu yayılan Göyüşovun şikayəti əsasında saxlanıldığı iddia olunur

Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun biabırçı görüntüləri barədə müzakirələr sosial şəbəkələrdən yığışmamış Göyüşov barədə daha bir xəbər bizi təəccübləndirdi.

İddialara görə, Göyüşov özü haqqında danışan 2 jurnalist barədə şikayət verib və onlar saxlanılıb.

Belə ki, jurnalistlər Pərvin Abışova və Mahir Xəttab dünən onun şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıblar. Pərvin Abışova bir neçə saat sonra buraxılıb və şahid qismində çağrıldığını deyib.

Mehman Muradlı Mehman Muradlı

Mahir Xəttab isə Binəqədi təcridxanasına aparılıb. Onun vəkili Mehman Muradlı ilə əlaqə saxladıq. Mehman Muradlı hazırda prokurorluğa getdiyini və jurnalistin tam olaraq hansı səbəblə saxlandığını öyrənəcəyini bildirdi. Təfərrüatlar barədə məlumat verəcəyik.

İlhamə, Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› Rusiya Dövlət Dumasına seçkilərlə bağlı ilkin məlumat
Son xəbərlər
Bütün xəbərlər »