Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Taliban” ABŞ-ı sülh müqaviləsini pozmaqda günahlandırıb

“Əfqanıstan hökumətinin yeni üzvlərinin ABŞ-ın “qara siyahısı”nda olması Doha müqaviləsini pozur”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Taliban” hərəkatının bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, istisnasız olaraq yeni hökumətin bütün məmurları BMT və ABŞ-ın “qara siyahı”larından çıxarılmalı idi: “Tələb qüvvəsində qalır”.

Qeyd edək ki, ötən il fevralın 29-da Qətərin paytaxtında “Taliban” ABŞ-la NATO qoşunlarının Əfqanıstandan çıxarılmasını özündə ehtiva edən sülh müqaviləsi imzalayıb. “Taliban” bunun müqabilində Əl-Qaidə ilə əlaqələri kəsəcəklərinə və ölkə rəhbərliyi ilə danışıqlar masasına oturacaqlarına söz verib.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
Son xəbərlər
Bütün xəbərlər »