Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fahrettin Koca: “TURKOVAK”ın oktyabr ayından kütləvi istehsalı gözlənir
Fahrettin Koca: “TURKOVAK”ın oktyabr ayından kütləvi istehsalı gözlənir

“TURKOVAK”ın təcili istifadəyə verilməsi üçün müraciət mərhələsinin vaxtı çatıb.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın növbəti iclasdan sonra açıqlamasında bildirib.

Nazir deyib ki, yeni növ koronavirusa (COVID-19) qarşı Türkiyənin yerli istehsalı olan “TURKOVAK” bu gün ikinci bir müəssisədə kütləvi şəkildə istehsal ediləcək infrastruktura malik olub: “Təsdiq ediləcəyi təqdirdə oktyabr ayında kütləvi istehsala başlayacağıq”.

F.Koca deyib ki, inaktiv peyvəndi olan “SİNOVAK”la “TÜRKOVAK”ın müqayisəli üçüncü faza fəaliyyətləri sabah başa çatmış olacaq: “Gələn həftə bu araşdırmaların nəticəsi açıqlanacaq”.

Nazir onu da deyib ki, inaktiv peyvəndlərin orqanizmdə müqavimət yaratmaq qabiliyyəti adətən 3 ay sonra itdiyi üçün, yenidən peyvəndolunma tövsiyə edilir.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
››› Sabiq deputat vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »