Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səksən üç dövlətin başçısı BMT Baş Assambleyasının iclasında iştirak edəcək
Səksən üç dövlətin başçısı BMT Baş Assambleyasının iclasında iştirak edəcək

Dünyanın 83 dövlətinin başçısının BMT Baş Assambleyasının yüksək səviyyəli həftəlik iclasında iştirakı gözlənilir.

"Report" xəbər verir ki, bunu yekun mətbuat konfransında BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır bildirib.

"Yüksək səviyyəli həftəlik iclasda 43 hökumət başçısı və 3 nazir müavini şəxsən iştirak edəcək, 23 ölkə isə xarici işlər nazirləri səviyyəsində təmsil olunacaq", - Bozkır deyib.

BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də təşkilatın Nyu-Yorkdakı qərargahında başlayacaq. Yüksək səviyyəli həftəlik iclas isə 21-27 sentyabr tarixlərində olacaq.

Proqrama görə, Braziliya, Venesuela, Qırğızıstan, Livan, Moldova, Fələstin, Polşa, ABŞ, Türkiyə, Ukrayna, Fransa və Estoniya da daxil olmaqla, bir neçə ölkənin prezidentinin 76-cı sessiyada çıxışı planlaşdırılır.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »