Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rus dilini bilmək Türkiyədə iş tapmağa kömək edir
Rus dilini bilmək Türkiyədə iş tapmağa kömək edir

Türkiyəyə istirahətə gələnlər arasında Rusiya vətəndaşları əhəmiyyətli yer tutur. Qardaş ölkə turizmi şimallı qonaqlar sayəsində böyük gəlir əldə edir. Bu mənzərə həm də Türkiyədə rus dilinin əhəmiyyətinin artırır.

Bizimyol.info xəbər verir ki, rusca danışanlar burada daha asan iş tapır. Yeditəpə Universitetinin rus dili və ədəbiyyatı bölməsinin müdiri Hülya Arslan buna çox əmindir. Onun iddiasına görə, rusca danışanlar iş tapmaq məsələsində rəqiblərini iki addım geridə qoyur. Şirkətlər bu amili üstünlük sayır.

Hülya Arslan deyir ki, rus dilinin əhəmiyyətini azaltmaq olmaz. Çünki söhbət Birləşmiş Millətlər Təşkilatının 6 rəsmi dilinin birindən gedir. O, “ticarət və incəsənət dili” ifadəsini xüsusi vurğulayır.

“Əlbəttə, əvvəlcə tələbələrə asan olmur. Onlar əlifbanı qarışdırırlar. Amma iki ay sonra hər şey qaydasına düşür. Gənclər sonradan rus dilinin necə vacib olduğunu anlayırlar”.

Əlifba tələbələri çox çaş-baş salır. Məsələn, “y” hərfi türk və rus dillərində fərqli səsləri verir. “C” hərfi də başgicəllənmə yarada bilər. Hülya Arslan bildirir ki, həyəcanlanmağa qətiyyən ehtiyac yoxdur. Bölmə müdiri bunu tələbələrin də nəzərinə çatdırır.

“Uğur nə dərəcədə zəhmət çəkməkdən asılıdır. Mən iki aya qrammatikanı öyrənməyin mümkünlüyünə inanıram. Həm də biz elə proqram hazırlayırıq ki, tələbələr bu dildə danışsın, dili istifadə etsin”.

Hülya Arslan rusca danışanların Türkiyədə çox sahədə iş tapa biləcəyini deyir. O, turizmdən başqa, nəqliyyat, səhiyyə sektorlarının da rus dilinə ehtiyac duyduğunu bildirir.

“Türkiyə şirkətləri rusca danışanlara isti yanaşır. Bizim tələbələrdən biri hətta Niderlandda rus dili sayəsində yüksək məvacibli iş tapıb. İrəlidə müxtəlif geniş imkanlar yarana bilər”.

Hülya Arslan tələbələrinə dildən başqa, bir peşəyə də yiyələnməyi məsləhət görür. İkiqat ixtisaslaşma işaxtaranı çox gücləndirir, onu daha lazımlı kadra çevirir.

Bizimyol.info

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Qarında artıq yağ qatlarından necə qurtulmaq olar...
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Fəaliyyətinə icazə verilən qapalı məkanlara yalnız COVID pasportu olanlar buraxılacaq
Son xəbərlər
Bütün xəbərlər »