Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN üçtərəfli bəyanatların ciddi şəkildə icrasını prioritet hesab edir
Rusiya XİN üçtərəfli bəyanatların ciddi şəkildə icrasını prioritet hesab edir

Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələri diqqətlə izləyirik.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Təəssüf ki, Qarabağ nizamlanmasında tərəflər arasında siyasi məsələlərlə bağlı prinsipial fikir ayrılıqları qalır. Ona görə də, məhz indiki mərhələdə üçtərəfli bəyanatların bütün bəndlərinin ciddi şəkildə icrasını prioritet hesab edirik. Əlbəttə ki, buna ilk növbədə atəşkəs rejiminə riayət olunması, kompleks humanitar problemlərin həlli, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması aiddir. Ümid edirik ki, məlum addımlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün şərait yaradacaq və yekun siyasi nizamlanmaya çıxaracaq” - deyə Rusiya XİN rəsmi nümayəndəsi qeyd edib.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »