Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Klassik musiqiyə qulaq asmaq insan orqanizminə necə fayda verir
Klassik musiqiyə qulaq asmaq insan orqanizminə necə fayda verir

Klassik musiqi ilə maraqlanmaq, əsrlər əvvəl yaradılmış sənət nümunələrinə qulaq asmaq insanın dünyagörüşünə yalnız xeyir gətirə bilər. Demə, Baxın, Bethovenin yaradıcılığına vaxt ayırmaq orqanizmə də faydalıymış.

Bizimyol.info xəbər verir ki, klassik musiqiyə qulaq asanlar zərərli qidalardan daha çox uzaq dayanır. Yaponiyanın Miyaqi Universitetinin tədqiqatçıları bu qənaətə gəlib. Araşdırma klassik bəstəkarların əsərlərinin fast fud məhsullara meyli azaltdığını ortaya qoyub. Yəni Motsart dinləyənlər peçenyeyə daha çox üstünlük verir, nəinki burgerə.

Araşdırmada 800 könüllü iştirak edib. Onlar 4 musiqi janrında 20 trek dinləyib. Musiqiyə qulaq asandan sonra faydalılıq və zərərli olmaq dərəcələrinə görə könüllülərə 16 qida təklif edilib.

Araşdırma iştirakçıları klassiklərdən Eduard Elqarın “Salut d'Amour”una və İohann Sebastyan Baxın “Ariya”sına qulaq asıblar. Bundan başqa, caz, hip-hop, ağır metal, rok musiqiləri də dinləmək mümkün olub. Musiqi bölümü bitəndə könüllülərdən hansı emosiyaları keçirdiyi və indi nə yemək istədiyi soruşulub. Klassik musiqi onlarda daxili sakitlik yaradıb. Araşdırma iştirakçılarının əksəri fast fud yemək istəmədiyini, daha yüngül qidaya üstünlük verəcəyini bildirib. Digər janrlar isə əks nəticələr ortaya qoyub.

Oksford Universitetinin Eksperimental Psixologiya fakültəsinin və tədqiqat qrupunun üzvü Çarlz Spenser fərqli yemək növləri ilə musiqi üslubları arasındakı əlaqənin duygusal uyğunluq sayılan bir fenomenlə izah edilə biləcəyini deyir. Klassik musiqi insanları ağır yeməklərdən uzaqlaşdırır, əvəzində şirniyyata meyli artırır. Söhbət müəyyən çərçivəni aşmayan şirniyyatdan gedir.

Texas Texnologiya Universitetinin bir araşdırması maraqlı gerçəkliyi üzə çıxarıb. Şərab mağazasında klassik musiqi səslənəndə müştərilər daha baha məsullara pul verirmiş. İsveçin Karlştad Universitetinin araşdırmasında da bənzər nəticə əldə edilmişdi. Geyim mağazasında klassik musiqi müştəriləri baha məhsullara istiqamətləndirirmiş.

Ortaya çıxan nəticə odur ki, klassik əsərlər insanları daha kübar davranmağa sövq edir. Onlar ağır yeməkləri çeynəmək istəmir, yüngül şirniyyatla keçinməyə üstünlük verirlər. Ucuz və keyfiyyətsiz məhsullardan da qaçırlar.

Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »