Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Antiinhisar Xidməti qiymətləri süni qaldıranlara qarşı tədbir görməlidir”
“Antiinhisar Xidməti qiymətləri süni qaldıranlara qarşı tədbir görməlidir”

“İqtisadiyyat Nazirliyi yanında​ Antiinhisar​ və İstehlak Bazarına Nəzarət Dövlət​ Xidməti​ adında bir qurum var, amma o qurumun Azərbaycanın istehlak bazarında fəaliyyəti hiss olunmur”.

Bu sözləri Bizimyol.info saytına iqtisadçı-ekspert Elşad Məmmədov bildirib.

Elşad Məmmədov Elşad Məmmədov

Onun sözlərinə görə, pandemiya dövrü başlayandan, Azərbaycanda minlərlə kiçik və orta sahibkar müflis oldu, böyük market şəbəkələri “mini market” kimi tanınan mağazaları bazardan sıxışdırıb çıxardı.

“Nəticədə isə qiymətlərlə manipulyasiyalar, süni qiymət artımları müşahidə olundu. İstehlakçı bazarında istehsalçı ilə istehlakçı arasında duran ticarət inhisarçıları istədikləri kimi qiymətlərlə manipulyasiya edir, real bazar qiymətlərinin və rəqabət mühitinin formalaşmasına imkan vermirlər. Rəqabət olmayan yerdə süni qiymət artımları gözləniləndir. İqtisadiyyat Nazirliyi bu məsələyə diqqət yetirməli, ticarət sektorunda olan monopolistlərlə bağlı tədbirlər görməlidir”,- deyə E.Məmmədov bildirib.

Onun sözlərinə görə, bir çox istehsalçı istehlakçıya birbaşa çıxa bilmir və ticarət monopolistlərindən asılı vəziyyətə düşüb: “Onlardan aldığı pulla isə, istehsalçılar ancaq cari xərcləri və kreditləri ödəyir, istehsalatı genişləndirmək üçün əlavə qazanc əldə edə bilmirlər”.

Ekspert əlavə edib ki, qiymətlərin artımını ancaq inflyasiya ilə əlaqələndirmək yalnışdır.

Onun sözlərinə görə, inflyasiyanın əsas səbəbi də manipulyasiyalardır: “İnflyasiya əsasən iqtisadiyyat idxaldan asılı olarkən baş verir. Düzdür, bizim ölkədə idxaldan asılılıq var. Lakin bunu da araşdırmalıyıq ki, idxalda rəqabət varmı? Bu sahədə də inhisar var və ölkəyə məhsul idxalı ilə bağlı rəqabət yoxdur. Yəni, xaricdən gətirilən bir məhsul bazarda 3 manata satılırsa, bir başqa idxalçı eyni məhsulu gətirib 2 manat 50 qəpiyə sata bilərdi. Rəqabət olmadığı üçün, qiymətlərdə də ciddi fərq olmur. Bir-birilə əlaqəli olan bu proseslərin yekununda kiçik və orta sahibkarlar bazardan sıxışdırılıb çıxarılır, bazar keçir iri market şəbəkələrinin əlinə. Onlar da istehlakçıya qiymətləri diktə edirlər. Sahibkar kreditləri də əksəriyyət üçün əlçatan deyil. Verilən kreditlərin faizi də sahibkarın real qazanc imkanlarından 2-3 dəfə artıqdır, yəni o kreditləri alan hansısa sahibkar ancaq borclarını ödəmək barədə düşünür, biznesini inkişaf etdirə bilmir.

Elşad Məmmədov əlavə edib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) səlahiyyətlərinin genişləndirilməsinə və ayrılan vəsaitlərinin həcminin artırılmasına ehtiyac var.

“Hətta sosializm cəmiyyətində belə, kiçik və orta sahibkarların olması vacibdir. Çünki iqtisadiyyatın mövcudluğu onlardan asılıdır. Bizdə isə kiçik və orta sahibkarlıq tədricən məhv olur. Həqiqətən, çox ciddi problemlə üzləşmişik. Düşünürəm ki, Azərbaycanda kiçik və orta sahibkarlığın dirçəlməsi üçün milyonlar yox, milyardlar lazımdır. Bu istiqamətdə KOBİA müəyyən işlər görməyə çalışır, lakin o qurumun da imkanları və səlahiyyətləri məhduddur”, - deyə ekspert əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »