Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qabriel Qarsiya Markesdən yoxsulluq haqda dahiyanə fikirlər...
Qabriel Qarsiya Markesdən yoxsulluq haqda dahiyanə fikirlər...

Qabriel Qarsiya Markes 20-ci əsrin ən böyük yazıçılarından sayılır. Kolumbiyalı qələm adamı Nobel mükafatına layiq görülüb, əsərləri dünyanın hər yerində məşhurlaşıb. Onun ədəbiyyat nümunələrindən xeyli müdrik ifadə seçib fərqləndirmək olar.

Bizimyol.info ən maraqlılarını seçməyə çalışıb.

Qabriel Qarsiya Markes Qabriel Qarsiya Markes

- Heç kəs sənin göz yaşlarına layiq deyil. Layiq olan onsuz da səni ağlatmır.

- Yoxsulluğun pis tərəfi odur ki, səni yalan danışmağa vadar edir.

- Ola bilər ki, bu dünyada sən kimin üçünsə sadəcə insansan. Amma həm də kimin üçünsə bütün dünyasan.

- Həyat keçən yox, yadda qalan günlərdir.

- İlham yalnız iş vaxtı gəlir.

- Mən Tanrıya inanmıram, amma ondan qorxuram.

- Heç vaxt çox gec olmur.

- Əməliyyatsız keçinə bilərsiniz, zamansız yox.

- Ən yaxşı dost həyatda olmayandır.

- İnsan lazım olanda yox, bacaranda ölür.

- İnsanın müharibədə nə hiss etdiyinin izahı üçün çox sözə ehtiyac yoxdur, “qorxu” bəsdir.

- Məhəbbət yoxsulluq olan yerdədir.

- Asan əldə olunan xoşbəxtlik uzun sürə bilməz.

- Mənə tam aydındır ki, dünyanı qadınlar idarə edir.

- Nəyi sevirsənsə, azad burax. Sənindirsə, qayıdacaq.

- Gülümsə, bədbəxtliyə zövq vermə.

- Xoşbəxtliyin sağaldacağı heç nəyi dərman sağalda bilməz.

- Anladım ki, hər kəs dağın zirvəsində yaşamaq istəyir. Halbuki gerçək xoşbəxtlik enişdədir.

- Əvvəl-axır başqalarının səni hesab etdiyi kəs olmaq mümkün deyil.

- Mən ona görə başıma şlyapa qoymuram ki, bunu kiminsə qarşısında çıxarmalı olmayım.

- Arzunu yeyə bilməzsən, amma səni doyurar.

- Özünü çox əziyyətə salma, bütün yaxşı şeylər gözlənilmədən baş verir.

- İnsanlar düşünür ki, onlar qocalanda aşiq olmaqdan əl çəkirlər. Əslində isə onlar aşiq olmaqdan əl çəkəndə qocalırlar.

Bizimyol.info

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »