Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqlim dəyişikliyinə görə heyvanların qulaqları və ayaqları uzanır
İqlim dəyişikliyinə görə heyvanların qulaqları və ayaqları uzanır

Qlobal istiləşmə bütün dünyanı narahat edən məsələdir. Geridə qalan yay iqlim dəyişikliyinin nə qədər təhlükəli olduğunu göstərdi. Xeyli ölkələrdə böyük meşə yanğınları baş verdi. Türkiyədə hektarlarla ərazi yanıb külə döndü.

Bizimyol.info xəbər verir ki, iqlim dəyişikliyi heyvanlardan da yan ötmür. Bədən temperaturunu sabit saxlaya bilən, “istiqanlı” adlandırılan heyvanlar əziyyət çəkməyə başlayıb. Onların bir çoxunda qulaqların, ayaqların uzanması müşahidə edilib. Bəzi belə quşlarda isə dimdiklər böyüyür.

Avstraliyadakı Dikin Universitetinin ekspertləri bir çox heyvan növləri üzərindəki tədqiqatların nəticələrini açıqlayıb. Onların fikrincə, iqlim dəyişikliyi heyvanların bədən ölçülərinə təsir göstərməyə başlayıb. Tədqiqat bəzi bədən üzvlərinin 10 faizə qədər böyüməsini aşkar edib. Hesab olunur ki, planetin temperaturu yüksəldikcə, heyvanlardakı dəyişikliyin miqyası da böyüyəcək.

Ekoloq Sara Raydinq deyir ki, heyvanlar iqlim dəyişikliyinə uyğunlaşmağa çalışır. Amma heç də bütün növlər bu mərhələni uğurla keçməyə hazır deyil.

Rayding və həmkarları Avstraliya tutuquşularından, Çin yarasalarından adi donuzlara və dovşanlara qədər müxtəlif növlərdə şəkil dəyişikliklərini araşdırıb. İqlim dəyişikliyi ümumi prosesin hərəkətverici qüvvəsi kimi görünür.

Tədqiqatçılar quşlarda forma dəyişikliyinin xüsusilə təəccüblü nümunələrinin qeydə alındığını bildiriblər. Məsələn, Avstraliya tutuquşularında 1871-ci ildən dimdik ölçüsündə təxminən 4-10% artım müşahidə olunub. Şimali Amerikada rast gəlinən kiçik bir sərçə növünün, ümumiyyətlə, soyuq yaşayış yerlərində qısa müddətli temperatur dalğalanmaları səbəbiylə daha böyük dimdikləri olduğu təsbit edilib.

Raydinq bildirib ki, heyvanların iqlim dəyişikliyinə uyğunlaşması nikbinliyə əsas vermir. Bu hələ o anlama gəlmir ki, hər şey qaydasındadır. Heyvanlar müəyyən mənada yeni təkamül mərhələsi keçməyə məcbur olurlar. Yəni planetin bu sakinləri üçün hansısa şəkildə ağrılı proses başlayıb.

Elm adamları ilkin araşdırmanı bitirəndən sonra son 100 ildə toplanmış muzey nümunələri sayəsində Avstraliya quşlarının şəkil dəyişikliklərini öyrənmək niyyətindədirlər.

Bizimyol.info

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »