Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 yaşlı dahi elmi dərəcə aldı
10 yaşlı dahi elmi dərəcə aldı

İntellekt  koeffisenti Eynşteyn və Hokinqdən yüksək olan 10 yaşlı meksikalı  qız astronaft olub, Marsda kolonizasiya ilə məşğul olmaq niyyətindədir.

Bizimyol.info-nun Daily Star-a istinadən məlumatına görə, Adxara Peres Sançes 3 yaşında  oxuyub yazmağı öyrənib. İbtidai sinifdəykən məktəbə getmək istəmədiyini, tədris edilən proqramı əzbər bildiyini deyib. Uşağın anası mütəxəssislərə müraciət edib və onun IQ səviyyəsinin 162 vahid olduğu  üzə çıxıb.Onun üçün xüsusi tədris planı hazırlanıb. Artıq 10 yaşında Sançes  sistem  və sənaye mühəndisliyi sahəsində elmi dərəcələr alıb.

Adxara indi Arizona Universitetinə daxil olmaq, NASA mütəxəssislərinin diqqətini cəlb etmək və kosmosun öpyrənilməsi yönündəki araşdırmalarda iştirak etmək istəyir.

Sançesin adı “” təşkilatına daxil edilib. Lakin o burda ən gənc  üzv deyil. 2 yaşlı amerikalı Kaşe Kvest “Mensa”nın ən gənc istedadlı üzvü hesab edilir.

“Mensa"nın əsasını 1946-cı ildə Rolland Berrill və Lans Var qoyub. " Bu təşkilat milliyyətindən, yaşından, siyası baxışlarından asılı olmayaraq hamının bərabər hüquq və imkanlara malik olduğu cəmiyyətdir üzv olmaq üçün yeganə tələb  yüksək İQ göstəricisidir.

Cəmiyyət intellekti ən yüksək olan 2% əhalini burada toplayır. Hazırda burada dünyanın 100 ölkəsindən 100 minə yaxın insan cəmləşib. Mensanın bölmələri Antarktidadan başqa bütün qitələrdə 40 ölkədə mövcuddur. Məqsəd bəşəriyyətin xeyrinə olacaq yüksək insan intellektinin aşkar olunması və dəstəklənməsidir.

Hazırladı: İlhamə

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »