Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki kişinin sevgisindən bəhs edən kitab etirazlara səbəb oldu
İki kişinin sevgisindən bəhs edən kitab etirazlara səbəb oldu

Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi yanında Yetkinlik yaşına çatmayanların Zərərli Nəşrlərdən Qorunması İdarəsi xarici bir yazarın kitabı barədə qərar qəbul edib.

Bizimyol.info xəbər verir ki, bu, ingilis yazıçı Alice Osemanın iki kişinin sevgisindən və həyatından bəhs edən, komediya üslubunda yazılmış “Heart Palpitations” kitabıdır.

Kitab, 2021 -ci ilin ilk aylarında Xarici Nəşrlər tərəfindən türk dilinə tərcümə edilib. Bir ay keçməmiş, avqust ayında Baş Prokurorluq kitabla bağlı araşdırmalara başlayıb. Araşdırmanın nəticəsi olaraq, kitabın satışı dayandırılıb.

Yetkinlik yaşına çatmayanların Zərərli Nəşrlərdən Qorunması İdarəsi açıqlama verərək bildirib ki, kitabdakı bəzi məqalələr 18 yaşa çatmamış yeniyetmələrin mənəviyyatına zərərli təsir göstərə bilərdi.

“Qərara uyğun olaraq, kitabın satışına ciddi məhdudiyyətlər qoyuldu. Kitab mağazalarında və ya internetdə açıq şəkildə satıla, reklam edilə, uşaqlara satıla və ya məktəblərə gətirilə bilməz”,-deyə idarədən bildirilib.

Leyla, Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
Son xəbərlər
Bütün xəbərlər »