Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günəş sistemində 9-cu planet nə vaxt aşkar olunacaq
Günəş sistemində 9-cu planet nə vaxt aşkar olunacaq

Sovet dövründə, müstəqilliyin ilk illərində orta məktəbdə təhsil alanlar Günəş sistemində 9 planetin olmasını əzbərləmişdi. Amma 21-ci əsr başqa gerçəklik ortaya çıxardı. 2006-cı ildə Plutonu planetlər siyahısından çıxardılar. İndi Günəş sistemində rəsmi olaraq 8 planet var. Amma bu demək deyil ki, say arta bilməz.

Bizimyol.info xəbər verir ki, astronom Maykl E. Braun Plutonu statusundan məhrum edən şəxslərdən biridir. İndi Kaliforniya Texnologiya Universitetinin elmi işçisi həmin planeti əvəz etməyin mümkünlüyündən danışmağa başlayıb. Braun bir müddətdir 9-cu planet axtarışındadır. O, həmkarı Konstantin Batıginlə birlikdə Neptunun orbiti ətrafındakı cırtdan planetlərə xüsusi diqqət ayırmaq qərarına gəlib. İki tədqiqatçının nəzəriyyəsi cırtdan planetlərin hərəkətinə hələ bilinməyən bir göy cisminin təsir etməsini ortaya çıxarıb. Əvvəlki hesablamalara görə, “Planet 9” adlandırılan göy cisminin kütləsi Yerin kütləsini 10 dəfə üstələməlidir. Günəşdən Neptuna nisbətən 20 dəfə uzaq olması ehtimal edilir. Həmin planet Günəş ətrafında 10-20 min il ərzində fırlanmalıdır.

Tədqiqatçılar gəldikləri nəticələr barədə elmi jurnallarda məqalələr dərc ediblər. Amma bir çox istiqamətlərdə tam əmin görünmürlər. Braun etiraf edir ki, 9-cu planeti harada axtaracaqlarını dəqiq bilmirlər. Çünki həmin göy cisminin kütləsindən çox şey asılıdır. Planetlər Günəş ətrafında kütlələrinə uyğun zaman kəsiyində fırlanırlar. Bu isə həmin göy cisminin yerini dəqiq müəyyənləşdirməyə mane olur.

Braun ehtimal edir ki, “Planet 9” Günəş sistemindən ən uzaq bucaqda yerləşir. Yəni bu göy cisminin yavaş hərəkət etdiyi güman olunur. Dəqiqi zaman söyləmək çətin görünür. Braun və Batıgin bunu çox istərdi. Buna baxmayaraq, tədqiqatçılar həvəsdən düşmür. Onlar 9-cu planetin təxmini kütləsini müəyyənləşdirməyə çalışır. Məhz kütlə ilə bağlı müəyyən təxminlərin yaranması planetin aşkar olunmasına təkan verəcək. Tədqiqatçılar bizi çoz uzun zamanın gözləmədiyinə inanır.

Bizimyol.info

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
Son xəbərlər
Bütün xəbərlər »