Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk alimin fikri tənqidlə qarşılandı: “Əfqanlar daha zəhmətkeşdir, Türkiyənin onlara ehtiyacı var”
Türk alimin fikri tənqidlə qarşılandı: “Əfqanlar daha zəhmətkeşdir, Türkiyənin onlara ehtiyacı var”

Əfqanıstandakı siyasi dəyişiklik bütün dünyanın diqqət mərkəzindədir. “Taliban”ın hakimiyyətə gəlməsi yeni miqrant gerçəkliyini ortaya qoyub. Əfqanıstanı onminlərlə vətəndaş tərk edir. Onlar əsasən Belarusa və Türkiyəyə üz tutur. Çünki buradan Avropa İttifaqı ölkələrinə keçmək mümkündür. Postsovet ölkəsində qalmaq istəyən az qala yoxdur. Amma əfqanların böyük hissəsi bəd ayaqda Türkiyədə qalmağın əleyhinə deyil.

Bizimyol.info xəbər verir ki, qardaş ölkədə əfqan miqrantların axınına böyük etiraz var. Türkiyədə yerli vətəndaşlar iqtisadi çətinliklərdə miqrant siyasətinin də rolu olduğunu düşünür. Suriyalıların ardınca əfqanların ölkəyə kütləvi axın etməsi ciddi narazılıq yaradıb. Amma bundan Türkiyənin fayda götürəcəyini düşünənlər də var. Məsələn, məşhur türk alim İlber Ortaylı məhz belə fikirləşir.

“Bərəkətli torpaqlar var. Amma əkib-becərməyə adam yoxdur. Atçı millətik, amma indi millətin atdan xəbəri yoxdur. Boşluq var. Bunu əfqanlar doldurur. Mənim təxminim deyil. Onlar zəhmətkeşdir. Kənd təsərrüfatı ilə məşğul olmağı xoşlayırlar. İndi daha çox işləyəcəklər, çünki aclıq var. Üç ildir yağış görmürlər. Kənd təsərrüfatına heç bir dəstək yoxdur. Allahın ümidinə qalıblar. Onları insanlıq üçünmü qəbul edirik? Yox! Sırf insanlıq üçün deyil, ehtiyac da var”, - Ortaylı televiziya verilişlərindən birində bu fikirləri səsləndirib.

İlber Ortaylı türkiyəlilərin əfqanların gəlişindən məmnun olmadığını bildirilməsinə qarşı çıxıb. Onun fikrincə, xüsusilə bölgələrdə axına müsbət yanaşırlar: “Gedin kəndlilərdən soruşun. Hamısı məmnundur. Heç şikayət edənini görmədim. Qərbdə də, şərqdə də. “Yaxşı ki, gəlirlər” deyirlər. Kəndlərdən şəhərlərə böyük köç var. Boşluğu əfqanlarla doldura biləcəyik. Deyirlər ki, gələnlər arasında “Taliban” agentləri ola bilər. Olsun, bizim də polisimiz, xüsusi xidmət orqanlarımız var. Mənə görə nə suriyalıların, nə də əfqanların bura gəlməsi dini baxımdan risk yaratmır”.

İlber Ortaylının fikirləri böyük müzakirəyə səbəb olub. Onunla razılaşmayanların sayının çoxluğu diqqət çəkib. Xüsusilə yerli insanların əfqanlar qədər zəhmətkeş olmamasına eyham vurulması ciddi narazılıq yaradıb.

Bizimyol.info

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »