Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanı bürüyən koronavirus bu kəndə girə bilmədi
Dünyanı bürüyən koronavirus bu kəndə girə bilmədi

Türkiyənin Amasiya bölgəsində yerləşən Gökpınar kəndində indiyə qədər heç bir koronavirusa yoluxma halı qeydə alınmayıb.

Bizimyol.info xəbər verir ki, kənddə 32 ev və 50 nəfər qeydiyyatda olan şəxs var. Hər kəsin maska, məsafə və təmizlik qaydalarına əməl etdiyi kənddə yaşayan insanlar, peyvəndlərini tam alıblar və koronavirusa qarşı sanki bir qalxan yaratdıblar. Nəticədə isə dünyanı bürüyən koronavirus bu kəndə girə bilməyib.

Kənd sakinləri də koronavirusa yoluxma halının qeydə alınmamasının səbəbini maska taxmaqda, məsafə və təmizlik kimi qaydalara ciddi riayət etməkdə, peyvəndlərin tam dozasına sahib olmalarında görürlər.

Sakinlərdən birinin sözlərinə görə, kəndin muxtarı bu məsələyə çox həssas yanaşır. Hətta İstanbuldan kəndə gələn olarsa, heç kimin onun yanına getməsinə izacə vermir. Həmin şəxs 10-14 öz evində karantində qalır və əmin olunur ki, o daşıyıcı deyil.

“Test günü sakinlərin hərarətini ölçürük. Bu yolla virusu nəzarət altında saxlamağa çalışırıq və uğur qazanırıq.

Yaxınlıqdakı kəndlərdə virusdan ölənlərin dəfn mərasimləri var idi, hətta onlara da gedə bilmədik.

Hazırda kəndimizdə yalnız bir nəfər peyvənd edilməyib, Taşovaya gedəndə o da vaksin olunacaq”,-deyə kənd sakini bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »