Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özəl tələbə yataqxanaları dövlət yataqxanalarını əvəzləyə biləcəkmi...
Özəl tələbə yataqxanaları dövlət yataqxanalarını əvəzləyə biləcəkmi...

Dünən ənənəvi təhsilə qayıdacağımıza dair xəbərlər tələbələrə sevinc verdi. Xüsusən birinci kurslarda təhsil alası gənclərimizə. Tələbə həyatının dadını evdən distant təhsillə almaq mümkün deyil.

Lakin ənənəvi təhsil ənənəvi bir problemi də gündəmə gətirdi. Tələbə yataqxanaları məsələsini. 30 ildir ölkədə tələbə yataqxanaları böhranı davam edirdi. Tələbə yataqxanalarının əksəriyyətində məcburi köçkünlər məskunlaşdığına görə. İşğal başa çatsa da. Böyük köç hələ başlamadığına görə, binalar boşaldılmayıb. Boşaldılanların da bir çoxunun əsaslı təmirə ehtiyacı var.

Ötən ilki məlumata əsasən, ali təhsil müəssisələrinin tabeliyində 48 yataqxana binası var. Bunlardan 1265 nəfərlik tutumu olan səkkiz təmirli bina fəaliyyət göstərir. Bundan başqa, 1141 nəfərlik tutumu olan 13 təmirsiz yataqxana binası mövcuddur. Digər 27 yataqxana binasında məcburi köçkünlər məskunlaşıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 320 nəfərlik Azərbaycan Texniki Universiteti 80 yerlik, Azərbaycan Tibb Universitetinin 1256 yerlik, Azərbaycan Dillər Univeristetində 200 yerlik, Dövlət Pedaqoji Universitetinin 200 yerlik, Bakı Slavyan Universitetinin 3 saylı qızlar yataqxanası, Bakı Ali Neft Məktəbinin 400 yerlik yataqxanaları tələbələrin ixtiyarındadır. Qalan yerlərdə köçkünlər məskunlaşıblar. Dövlətə məxsus tələbə yataqxanalarında qalmaq xərci 20-50-100 manat arasında dəyişir.

Naxçıvan Dövlət Universitetinin Tələbə Evi 80 manat, “Naxçıvan” Universitetinin tələbə yataqxanası 100 manat, Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin tələbə yataqxanası 150 manat müqabilində qapılarını sakinlərin üzünə açır.

Bakı şəhərində müxtəlif iş adamları özəl tələbə yataqxanaları açmaqla həm özləri xeyir götürür, həm də tələbələrin işini asanlaşdırırlar. 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən özəl tələbə yataqxanalarından biri ilə əlaqə saxladıq. Aylıq kirayə haqqı 180 manatdır, gündə 3 dəfə pulsuz isti yeməklə, meyvə və çayla təmin edirlər, dövlət yataqxanalarında tətbiq edilən bütün təhlükəsizlik tədbirləri və qadağalar bu yataqxanalarda da mövcuddur. Xəstələnənlərə pulsuz tibbi yardım göstərilir. Özəl yataqxanalarda qızlar və oğlanlar ayrı-ayrı korpuslarda qalırlar. Verilən yeməklərin keyfiyyəti barədə bu yataqxanaya səfər reportajımızda ayrıca yazacağıq. Hər bir halda belə bir yataqxananın tikilib tələbələrin istifadəsinə verilməsi müsbət haldır. Bu həm sahibkarlara dəstəkdir, həm iş axtaranlara, həm də tələbələrə. Əldə etdiyimiz məlumata görə, tələbə yataqxanalarına tələbat da böyükdür və artıq yerlər dolub. Amma qiymətlərə əl gəzdirilməsində fayda var.

6 nəfərin qaldığı otaq üçün 180 manat az sayılmaz. Bir otaqdan ayda ortalama ümumi 1000 manat kirayə pulu alırlar. Təbii ki, bunun elektrik, istilik, su , kanalizasiya kimi kommunal xərcləri var. Amma yenə nizamlamaq olar. Əks halda, özəl yataqxanaların da qiyməti kirayə evlər və satışa çıxarılan “novostroykalar” kimi qalxar ceyran belinə.

İlhamə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »