Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluq orta məktəbdə mənimsəmə aşkarlayıb
Prokurorluq orta məktəbdə mənimsəmə aşkarlayıb

Yevlax şəhər İrəvanlı qəsəbə tam orta məktəbində yol verilən qanunsuzluqlarla bağlı Maliyyə Nazirliyindən daxil olan materiallar əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bizimyol.info xəbər verir ki, Yevlax rayon prokurorluğundan verilən məluymata görə, aparılan araşdırma ilə qeyd edilən məktəbin vəzifəli şəxsi (şəxsləri) tərəfindən 2016-2021-ci illər ərzində bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əmək haqqı kartlarına köçürülən ümumilikdə 44 min 434 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin) məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »