Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Smartfonlar insan hisslərini necə sıradan çıxarır
Smartfonlar insan hisslərini necə sıradan çıxarır

İnsan həyatını mobil telefonsuz təsəvvür etmək olmur. Amma smartfonların zərəri də az deyil. Syuzan Denhem Ueyd mobil telefonlar haqda lap pis fikirdədir. 55 yaşlı britaniyalı yazıçı araşdırmaya 4 ilini sərf edib. Syuzan Denhem Ueyd “On bir ixtirada görmə tarixi” adlı kitab yazıb. Yazıçı burada smartfonlardan aşırı asılılığa görə insanın bir çox hissləri itirdiyini iddia edib.

Bizimyol.info xəbər verir ki, Syuzan Denhem Ueyd mobil cihazların qoxubilmə, toxunmaqla hiss etmək, eşitmə və dadbilmə qabiliyyətlərini sıradan çıxarmasına əmindir. Britaniyalı yazıçı gənclər arasında stress, narahatlıq, tənhalıq, depressiyanın səviyyəsinin yüksək olmasında smartfonların böyük rol oynamasına şübhə etmir.

“Biz real dünyada bütün hisslərimizi eyni vaxtda istifadə etmək üçün hazırlanmışıq. Bunu etmədikdə digər hisslərimiz və psixi sağlamlığımız əziyyət çəkə bilər”.

Syuzan Denhem Ueyd deyir ki, hakim vizual mədəniyyətin toxumları ağıllı telefonlardan, televiziyadan və ya elektrikdən çox əvvəl əkilib. İnsanın görmə səyahəti təxminən bir milyon il əvvəl qaranlıqda odun kəşfi ilə başlayıb.

“Ötən minilliklər ərzində güzgü, yazı və kino kimi yeni ixtiralarla vizualizasiyaya əsaslanan mədəniyyətimizin inkişafına davam etdik. Hər biri öz növbəsində insan psixikasına dərin, əsasən müsbət təsir etdi və cəmiyyəti əvvəlcədən görmək mümkün olmayan şəkildə dəyişdirdi. Görmə istər-istəməz insanlığın əsas hissinə çevrildi”.

Harvard biznes məktəbinin məzunu etiraf edir ki, smartfon ixtiraların ən mükəmməllərindəndir. Bu cihazda vizual texnologiyanın bir sıra formalara birləşib. Evdən çıxmadan xeyli prosesi həyata keçirmək olur.

“Amma ağıllı telefonlar heç bir əşyanın bacarmayacağı qədər gözlərimizi əsarətinə alıb. Səhər ilk, gecə son toxunduğumuz əşyaya çevrilib. Həyatımızda bir çox işləri smartfonlara etibar edirik. Rahatlığın zirvəsi budur. Problem ondadır ki, biz bütün hisslərimizin istifadəsi üçün təkamül etmişik. Ekrana baxaraq saatlarla vaxt keçiririk və gözlərimiz doyan bir zamanda digər hisslərimiz - eşitmə, qoxu, toxunma və dad acdır. Vizual texnologiyalar indi xoşbəxt olmaq üçün lazım olan bir çox şeyi məhv edir”.

Syuzan Denhem Ueyd deyir ki, sensor ekran qoxubilməni stimullaşdırmır. Son tədqiqatlar insanların trilyondan çox qoxunu ayırd edə bildiyini göstərir. Həyəcan və depressiya qoxubilməyə böyük zərbə vurur. İnsan qoxu hissini yaxşılaşdırmaq üçün gün ərzində 4 fərqli ətrin hər birini 30 saniyə ərzində iyləməlidir. Smartfonlardan asılılıq təkamüllə əldə olunan bacarıqların korşalmasına xidmət edir.

Britaniyalı yazıçı diqqəti ağıllı telefonlardan da kənarda həyat olmasına çəkir. Smartfonlar həyatımıza çox rahatlıq gətirir, amma bunun da sərhədləri olmalıdır. Mütəxəssislər 20/20/20 qaydasına əməl etməyi məsləhət görür. Yəni smartfonlardan çox istifadə edirsinizsə, hər 20 dəqiqədən bir 20 fut (təxminən 6-6.5 metr) məsafədəki obyektə 20 saniyə baxmalısınız. Bununla həm də real həyatdakı rənglərin fərqinə varacaqsınız, gerçəklikdən uzaq qalmayacaqsınız.

Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »