Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda müflisləşmənin səbəbi: Dövlətin heç bir yardımı olmadı
Azərbaycanda müflisləşmənin səbəbi: Dövlətin heç bir yardımı olmadı

Azərbaycan qanunlarına görə, biznesin ölçüsündən asılı olaraq, sahibkarlar dörd qrupa bölünür: mikro, kiçik, orta və iri sahibkarlar. Azərbaycanda son 6 ay ərzində 77 iri,  257 orta və 458 kiçik sahibkar müəssisəsi iflas edərək sıradan çıxıb. Bu isə Azərbaycanda sayı onsuz da az olan iri sahibkar müəssisələrinin 11 faiz, orta sahibkar müəssisəsinin isə 9 faiz  azalması deməkdir.

Məsələ ilə bağlı İqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya çaıqlaması zamanı bildirib ki,  bu iflasların əsas səbəbi pandemiyadır.

Natiq Cəfərli Natiq Cəfərli

“Çünki bir çox sahələr oldu ki, bir ilə yaxın qapalı qaldı, dövriyyələri, qazancları olmadı. Nəzərə alın ki, bir çoxunun biznes kreditləri də var idi və bu vəziyyətdə həmin müəssisələrin ayaqda qalması mümkün deyildi. Ona görə də, onların müflisləşməsi, bazardan çəkilməsi gözlənilən haldır.

Təəssüf ki, bu dönəmdə bizdə digər ölkələrə nisbətən kiçik və orta sahibkarlığa dəstək proqramaları tərtib olunmadı. İki məsələdə isə heç bir yardım olmadı. Birincisi, kreditlərin ertələnməsi və yaxud faizlərin silinməsi ilə bağlı addım atılmadı. İkincisi isə icarə məsələsidir.

Nəzərə alaq ki, bizdə icarə müqavilələrinin özü də bərbaddır. Bir çox hallarda rəsmi icarə müqaviləsi ilə ödənilən məbləğlər arasında kifatət qədər fərq olur. İcarə ilə bağlı heç bir addım atılmaması nəticəsində obyekt sahibləri icarəyə götürənlərə heç bir güzəşt etmədilər. Dövlətin də heç bir yardımı olmadı və çox zaman ofis, dükan, kafe, restoranları icarəyə götürən iş adamları işləmədikləri təqdirdə icarə haqqını vermək məcburiyyətində qaldılar. Bu da onların fikayət qədər ciddi ziyana düşməsinə səbəb oldu”.

İqtisadçının sözlərinə görə, qlobal böhranın ən qızğın vaxtlarında bir çox ölkələrdə  - Avropada, Rusiyada, hətta Gürcüstanda belə icarə məsələsi ilə bağlı dövlət tərəfindən addımlar atılıb.

“Məsələn, Moskva şəhərində çalışmayan obyektlərə, idman zallarına, kafelərə, restoranlara hökümət və Mərkəzi Federal hökumət tərəfindən yardımlar olunmuşdu. Güscüstanda da həmçinin. İcarə haqqı bir müddət dövlət tərəfindən ödənildi və yaxud obyekt sahiblərinə uzunmüddətli vergi güzəştləri tətbiq etdilər ki, bu da onların icarə almaqdan imtina etmələrinə səbəb oldu. Yəni dövlət burada adi moderator rolunu oynadı.

Azərbaycanda isə bu iki məsələ ümumiyyətlə, öz həllini tapmadı. Nəticə etibarı ilə kiçik və orta sahibkarlıq müəssisələri müflisləşmə həddinə çatdı”,- deyə o bildirib.

Qeyd edək ki, mikro sahibkarlara işçilərinin orta siyahı sayı 10 nəfərədək, illik gəliri 200 min manatadək olan sahibkarlar aid edilir. Kiçik sahibkar dedikdə işçilərinin sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olanlar nəzərdə tutulur. Orta sahibkar kateqoriyasına aid edilməkdən ötrü sahibkarlıq subyektinin işçi sayı 51-250 nəfər, illik gəliri isə 3-30 milyon manat arasında olmalıdır. İri sahibkarlıq subyekti hesab edilmək üçünsə işçi sayı 251 nəfərdən, illik gəlir isə 30 milyon manatdan çox olmalıdır.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
Son xəbərlər
Bütün xəbərlər »