Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sülh sazişi yoxdursa, müharibə faktoru qalmaqdadır”
“Sülh sazişi yoxdursa, müharibə faktoru qalmaqdadır”

“Füzuli hava limanı həm iqtisadi, həm də sisyasi, hərbi strateji əhəmiyyət daşıyacaq. Hər nə qədər ki, düşmənlə sülh müqaviləsi bağlanmayıb, müharibə faktoru qalmaqdadır və bu hava limanı bizə növbəti zəfərin qapılarını açmaq deməkdir”.

Bu fikirləri bizimyol.info-ya DTX-nın ehtiyatda olan polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert Vasif Məmmədov bildirib.

Vasif Məmmədov Vasif Məmmədov

“Qarabağda 3 hava limanı tikilir. Füzuli, Zəngilan və Laçında. Füzuli hava limanının açılışı oldu. İkisinin tikintisi davam etdirilir. Füzuli hava limanına AZAL-ın ən ağır çəkili təyyarəsi uğurlu eniş etdi.Tikintini həyata keçirən şirkət rəhbəri bildirdi ki, sentyabrın sonuna qədər Füzuli hava limanı tam gücüylə işə başlaya biləcək.Bu hava limanlarının tikilməsində 2 məqsəd var.Sülh və müharibə dövrü üçün xidmət məqsədli bir obyektdir. Sülh vaxtı turizm, yüklərin daşınmasında mobilliyin təmini nəzərdə tutulur. Əgər hərbi məqəsədlərlə istifadə edilməli olsa şəxsi heyətin, texnikanın, silah sursatın daşınması, uçuş- enmə plastlarından döyüş təyyarələrinin hərəkəti üçün istifadə olunması əlverişli olacaq.

Hərbi hava limanını inşa etməklə biz dünyaya mesaj verdik ki, 28 il işğal dövründə düşmən bir dənə daşı daş üstə qoymadı. Amma biz qələbəmizin elə ilk ilində böyük abadlıq işlərinə imza atdıq. Biz beşinci kolona da mesaj verdik ki, güclü iqtisadiyyatımız var, onu Qarabağda da şaxələndiririk və bu torpaqların əsil sahiblərinin böyük qayıdışı başlayıb.

Yadınızdadırmı,Xocalıdakı hava limanımızı düşmən tərəf açmaq istəyirdi. Azərbaycan tərəfi bəyanat verdi ki, bir təyyarə qalxsa, vurulacaq. Amma bu gün biz Füzuli Beynəlxalq Hava Limanını istifadəyə verdik və ilk uçuşlar həyata keçirildi.Bu böyük bir mesaj idi.

Füzulidə hava limanının tikilməsi turizm imkanlarını genişləndirəcək, turistlər daha qısa yolla işğaldan azad olunan ərazilərimizə səfər edə biləcəklər. Hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Füzuli-Şuşa yeni avtomobil yolu tikilib.İndi Şuşaya Füzulidən rahat yollar açılıb.

Füzuli hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılmasında və regionun ixrac imkanlarının genişləndirilməsində rol oynayacaq. Bu hava limanı Çindən Avropaya və də əksinə gedən logistik sistemin bir parçasını təşkil edir. Bizi Qabağda böyüklüyünü hələ təsəvvür edə bilmədiyimiz iriçaplı qlobal layihələr gözləyir . Britaniyanın, Çinin maraq dairəsinə girmiş bu böyük layihələrin əsas halqası biz olacağıq. Əlbəttə qoyduğumuz şərtləri qəbul etsə elə Ermənistan da”,- deyə ekspert bildirib.

İlhamə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
Son xəbərlər
Bütün xəbərlər »