Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib
Paşinyan Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, N. Paşinyan bu barədə bu gün hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərinin normallaşmasının mümkünlüyü barədə açıq şəkildə danışıb: “Biz bu açıqlamalarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, avtomobil və dəmir yol əlaqələrinin bərpasının mümkünlüyünü müzakirə etmək üçün bir fürsət görürük”.

Ermənistanın Baş naziri daha geniş nəticələr əldə etməyə imkan verəcək danışıqlara hazır olduqlarını bəyan edib.

N. Paşinyan qeyd edib ki, Rusiya bu prosesə kömək etməyə hazırdır.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »