Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Psixi xəstə o postları keçə bilibsə, düşmən də keçər
Ekspert: Psixi xəstə o postları keçə bilibsə, düşmən də keçər

Ağdərədə sülhməramlıların nəzarətində olan ərazidə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev Azərbaycan tərəfinə qaytarılıb. Bu barədə məlumatı Əsir düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.

C.Babayev Artur Nalbandyan və Aramais Torozyan adlı 2 erməni əsgərlə dəyişdirilib.

Onlar 14 iyulda "Sünik bölgəsində itən" hərbçilərdir.

DTX-nın ehtiyatda olan polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert Vasif Məmmədov bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, Cəmil Babayevion əsir düşməsi məsləsinin arxasında dayanan müəmma çözülməlidir.

Vasif Məmmədov Vasif Məmmədov

“Gəncə Hospitalında müalicə alan və Qarabağda rus sülhməramlıların nəzarəti altında olan əraziyə keçən hərbiçimizin əsir düşməsi məsələsi çox müəmmalıydı. Birincisi psixi xəstə olan bir adamı niyə bu qədər nəzarətsiz buraxırdılar? Uzun müddət o xəstəxanada olmayıbsa niyə axtarılmayıb, tədbir görülməyib. İkincisi sülhməramlılar ərazini necə qoruyurdular ki, o adam o dəhlizi keçə bilmişdi. Belə çıxır ki, nəzaərtdə çox güclü boşluq var, istənilən adam o tərəf də, bu tərəf də keçə bilər. Postları boş qoyurlar. Lap sülhməramlılardan keçdik, bəs bizim tərəfdəkilər hara baxırdılar, bu psixi problemləri olan adam bizim postları necə keçdi, hara baxırdılar , nə üçün hansısa tədbirlər görülmədi? Görünür orda xidmət lazımi səviyyədə aparılmır. Belə çıxır ki, düşmən də eyni şəkildə keçə bilər. Gəncə hospitalında mənim bildiyimə görə psixiatrik şöbə yoxdur. Psixiatrik şöbə Bakıdakı Həbi Klinik hospitaldadır. Adamı nə üçün vaxtında bura göndərməyiblər, nə üçün uzun müddət Gəncədə saxlayıblar. Bu da sual altında qalan məsələdir.Müdafiə Nazirliyi adamın psixi xəstə olduğunu elan edir, cinayət işi açır, amma haqqında müvafiq tədbir görmürsə bunun özü də bir xətalı yanaşmadır”,- deyə ekspert bildirib.

Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› Şeyxülislam İranın ali rəhbərinin nümayəndəsinə cavab verib
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
Son xəbərlər
Bütün xəbərlər »