Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dərslər açılır, məktəblər yox: Qərarı da məktəblər verirmiş - Anlaşılmazlıq!
Dərslər açılır, məktəblər yox: Qərarı da məktəblər verirmiş - Anlaşılmazlıq!

Təhsil Nazirliyi dərslərin ənənəvi qaydada davam edilməsi qərarını açıqladı. Sevinənlər də var, qayğılananlar da. Amma əvvəl-axır normal həyatılmıza dönməliyik. Maraqlıdır ki, məktəblərdə sıxlıq, şəhərdə də sıxlığa səbəb olacaq. Di gəl, bu işin bir əmması var ki, Operativ Qərargah hələlik şənbə-bazar günləri ictimai nəqliyyatın iş rejiminin bərpasına qərar vermir. Tələbələr şənbə-bazar günləri yəqin ki, rayonlara evlərinə üz tutmaq istəyəcəklər. Yenə qalacaqlar taksilərin ümidinə.

Təhsil naziri Emin Əmrullayev bildirib: “Şənbə günü ictimai nəqliyyatın işləməməsi ilə bağlı bütün məktəblərə sorğu göndərib, araşdırma aparmışıq. Sorğuların cavabından görünən odur ki, məktəblərdə bu problem elə də ciddi deyil”.

Bu məsələyə orta məktəb direktorları qərar verirlər? Şagird və tələbə olmayan məktəblərdə keçirilən sorğunun respondentləri müəllimlərdirlər, onlara da nə icazə verilsə, o qədər danışa bilirlər.

Təhsilə davam edirik, peyvəndləməni yüksəldirik, iş yerlərini açırıqsa, avtobuslar da işləsin, zəhmət olmasa. Onsuz da gündən-günə gizli davam edən bahalaşma cibimizə, canımıza qənim kəsilib. Operativ Qərargah bu anlamsız qərarına zəhmət olmasa, yenidən baxsın.

Həftə sonu işləyənlərimiz var. 500 manat maaş alan peşə sahibi hər ay ən azı 50 manat taksiyə pul ayırır - həftə sonu ictimai nəqliyyata qoyulan qadağalar səbəbindən... Həftə boyu işləyən insanın özünə ayırdığı zaman yalnız həftə sonudur. Ən azından bazara, dükana getməlidir bu insanlar. Niyə məhz taksilərə möhtac olmalıyıq. Həftə ərzində yoluxmayıb, həftə sonunda yoluxasıdırlar? Taksilərin yoluxma mənbəyi olmadığını kim iddia edə bilər?

Sentyabrın 22-dən ənənəvi təhsilə start verilir!  Sentyabrın 22-dən 1-4-cü sinif şagirdləri, 29-dan 5-11-ci sinif şagirdləri və tələbələr 5 günlük dərs qrafiki ilə əyani formada tədrisə başlayacaqlar.

Gecikən 5 dərs günü noyabrdakı tətil günləri ilə əvəz oluna bilər!

Tətil və bayram günlərində də avtobuslar işləmir. İnanmaq istəyərdik ki, OQ nəhayət, inadından əl çəkəcək. Bu inadı görüncə məşhur “Leyli və Məcnun“ operasındakı elçilik səhnəsi yadıma düşür. Leylinin atasının qəzəblə və inadla “Vermərəm, vermərəm!” deməsi. Hər dəfə də məsum bir ümidlə baxırdım tamaşaya. “Bəlkə bu dəfə verər” deyə. Yığışaq qərargaha elçi düşək?

İlhamə Rəsulova

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »