Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DÇ-2022: Portuqaliya Azərbaycan millisini Bakıda asanlıqla məğlub edib
DÇ-2022: Portuqaliya Azərbaycan millisini Bakıda asanlıqla məğlub edib

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində II dövrə start götürüb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması VI turda Portuqaliya ilə qarşılaşıb.

Millimiz A qrupunun favoritini Bakı Olimpiya Stadionunda qəbul edib. Bakıya Kriştiano Ronaldosuz gələn Fernandu Santuşun yetirmələri matçın taleyini ilk yarıda həll edib.

Maksim Medvedev və Anton Krivotsyukun xidmətindən məhrum millimiz rəqibin hücumları qarşısında tab gətirməyib. Fasiləyədək iki qol vuran portuqaliyalılar ikinci hissədə fərqi darmadağına çatdıraraq Bakıda asan qələbə qazanıblar.

Qeyd edək ki, qrupumuzun bu gün keçirilən digər oyununda İrlandiya Serbiyanı qəbul edəcək.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi

VI tur, A qrupu

7 sentyabr

20:00. Azərbaycan - Portuqaliya - 0:3

Qollar: Bernardo Silva, 26, Andre Silva, 31, Dioqo Jota, 75

Baş hakim: Marko Quida (İtaliya)

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 19. Təmkin Xəlilzadə, 20. Filip Ozobiç

Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Aydın Bayramov, 5. Bəhlul Mustafazadə, 18. Şəhriyar Əliyev, 17. Toral Bayramov, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 11. Ramil Şeydayev, 15. Sərtan Taşkın, 16. Anatoli Nuriyev, 21. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov

Baş məşqçi: Canni de Byazi

Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Gereyro, 6. Joao Palinya, 8. Joao Moutinyo (k), 9. Andre Silva, 10. Bernardo Silva, 11. Bruno Fernandes, 20. Joao Kanselo, 21. Dioqo Jota

Ehtiyat oyunçular: 12. Entoni Lopes, 22. Dioqo Kosta, 2. Nelson Semedo, 7. Fransisko Trinkao, 14. Dominqos Duarte, 19. Nuno Mendes, 13. Danilo Pereyra, 18. Ruben Neves, 23. Joao Mario, 16. Otavio Monteyro, 17. Qonçalo Qedeş, 15. Rafa Silva

Baş məşqçi: Fernando Santuş

Bakı Olimpiya Stadionu

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »