Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Kabil Hava limanında fəaliyyətimizlə bağlı müsbət mövqeyimizi qoruyuruq”
Ərdoğan: “Kabil Hava limanında fəaliyyətimizlə bağlı müsbət mövqeyimizi qoruyuruq”

“Biz Kabil hava limanında Qətərin də fəaliyyətinə əvvəlcədən müsbət yanaşmışıq. Biz bu hava limanındakı fəaliyyətimizlə bağlı müsbət mövqeyimizi qoruduq, qoruyuruq”.

APA-nın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisek ilə birgə keçirilən mətbuat konfransından sonra jurnalistlərin sualların cavablandırarkən bildirib.

R.T.Ərdoğan deyib ki, hazırkı vəziyyətdə Əfqanıstanda qazanılan müsbət inkişaflar Türkiyənin nəzarətində deyil: “Proseslər Türkiyənin prinsiplərinə uyğun istiqamətdə davam edərsə, o halda Qətərin fəaliyyəti də əsas olmaqla Türkiyə öz müsbət mövqeyini ortaya qoyar”.

“Taliban” hərəkatının Əfqanıstanın yeni hökumətinin tərkibini elan etməsi məsələsinə toxunan Türkiyə Prezidenti bu hökumətin nə qədər davam edəcəyinin müəyyən olmadığını vurğulayıb: “Bu hökumətin nə qədər davam edəcəyini bilmirik, hər halda daimi olduğunu demək çətindir. Biz bu prosesi diqqətlə izləyirik. Ümid edirəm ki, bütün Əfqanıstan xalqı üçün yaxşı olacaq”.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »