Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəddafinin oğlu Saadi Qəddafi Türkiyəyə gəldi - Niyə gəldi, nə edəcək?
Qəddafinin oğlu Saadi Qəddafi Türkiyəyə gəldi - Niyə gəldi, nə edəcək?

Müəmmər Qəddafinin oğlu Saadi Qəddafi Türkiyəyə gəlib.

Bizimyol.info xəbər verir ki, Türkiyə xəbər saytlarının verdiyi məlumata görə, Musa İbrahim Qəzzafi bu barədə məlumat verərək bildirib ki, onun gəlişini Türkiyə Xarici İşlər Nazirliyi təşkil edib.

"Saadi iki il əvvəl həbsxanadan çıxmalı idi. İki il əvvəl onun günahsızlığı elan edilmişdi, lakin Tripolidəki bəzi hərbi ünsürlər və məhkəmə hökmlərini yerinə yetirməyən hazırkı hökumətin üzvləri onu sərbəst buraxmaqdan imtina etdilər.

Bu, Liviya hökumətinin şərti idi ki, sərbəst buraxılan kimi başqa bir ölkəyə getsin və Liviya xaricində bir yerə yerləşsin. Saadi Qəddafi də getməyi seçdi və bütün tərəflər Türkiyəyə getməyi qəbul etdilər”,-deyə bildirib.

O, Səədi Qəddafi hazırda Türkiyədə nə işlə məşğul olması barədə də məlumat verib və bildirib ki, o, uşaqları və ailəsi ilə birlikdədir.

“Qeyri-insani şəraitdə həbsxanada çox çətin bir vaxt keçirdib. Həbsdə olduğu müddətdə çox pis rəftara məruz qalıb. İndi sağalması üçün zamana ehtiyacı var”,-deyə qeyd edib.

Leyla, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »