Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsi pandemiya ilə vidalaşır
Avropa ölkəsi pandemiya ilə vidalaşır

Dünyada virusa yoluxmaların, ölümlərin sayı çox azalmayıb. Amma elə təəssürat var ki, planet infeksiyanın təsir dairəsindən uzaqlaşmağa çalışır. Bəzi ölkələr pandemiya ilə vidalaşmağa hazırlaşır. Avstriya konkret addımlar atmaqla təşəbbüs ortaya qoyur.

Bizimyol.info xəbər verir ki, Avropa ölkəsi pandemiya ilə vidalaşır. Avstriya kansleri Sebastyan Kurts hökumətin məramı barədə məlumat verib. O, vaksinin hər iki dozasını qəbul etmiş şəxslər üçün pandemiyanın başa çatdığını bildirib. Kurts deyib ki, koronavirus yoxa çıxmır, illər ərzində əhali arasında qalacaq. Buna baxmayaraq, kansler daha bunu ciddi problem kimi qəbul etməyin tərəfdarı deyil.

Kurts yerli telekanallarda çıxışında vaksinin hər iki dozasını qəbul etmiş şəxslərin lokdauna məruz qalmayacağına söz verib. Kansler gizlətməyib ki, peyvənddən imtina edənlər qapanmalara hazır olmalıdır.

Kurts Avropada vaksinləşmənin ciddi tərəfdarı kimi tanınıb. O, peyvəndi pandemiyaya qalib gəlməyin yeganə vasitəsi sayır. Hərçənd, indi Avstriyada virusa yoluxanların sayı az deyil. Sadəcə, 2020-ci ilin noyabrında və bu ilin aprelində qeydə alınan ən yüksək göstəricilər müşahidə edilmir.

Avstriyada avqustun ortalarında virusa yoluxanların sayı daha sürətlə artmağa başlayıb. Hökumət inanır ki, tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək. Çünki ölkədə əksəriyyət vaksinin hər iki dozasını qəbul edib.

Danimarkanın da pandemiya ilə vidalaşdığını demək olar. Bir müddət əvvəl Skandinaviya ölkəsində koronavirusu daha təhlükəli hesab etmədiklərini açıqladılar. Bütün məhdudiyyətlər aradan qaldırılmağa başlanıldı. Tezliklə Avropanın əksər hissəsində belə davranılacağı gözlənilir. Ən əsas amil vaksinləşmənini sürətinin artması hesab olunur.

Dünyada indiyə qədər 222 milyondan çox insanda virus aşkarlanıb. Təxminən 4.6 milyon adam infeksiyadan həyatını itirib. Avstriya yoluxma cədvəlində 44-cü yeri tutur. Ölkədə virus qeydə alınmış vətəndaşların sayı 700 minə yaxınlaşır. Epidemiya üzündən 10 min 801 nəfər həyatla vidalaşıb.

Bizimyol.info

Paylaş »
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
››› “Ərdoğanın Moskva səfəri regiondakı gərginliyi azalda bilər”
Son xəbərlər
Bütün xəbərlər »