Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məktəblərdə virusun yayılma riski hələ də qalır, valideynlər də bunu nəzərə almalıdır”
“Məktəblərdə virusun yayılma riski hələ də qalır, valideynlər də bunu nəzərə almalıdır”

Dərs ilinin başlanması ilə bağlı qərarı Təhsil Nazirliyi yox, Operativ Qərargah verir, nazirlik isə yalnız verilmiş qərarın icrasını həyata keçirir.

Bu sözləri Bizimyol.info saytına təhsil eksperti İlqar Orucov təhsil naziri Emin Əmrullayevin brifinqini şərh edərkən deyib.

İlqar Orucov İlqar Orucov

Onun sözlərinə görə, dərs ilinin orta məktəblərdə 22 sentyabr, ali məktəblərdə isə 29 sentyabrdan başlanması ciddi məlumatların analizi nəticəsində qəbul edilmiş qərardır.

“Nazir bildirdi ki, vaksinasiya nəticəsində daha çox insanda immunitet yaranacağına ümid edilir. Bu zaman ərzində digər tələbələr də gedib vaksinlənə bilərlər. Bu, Operativ Qərargahın qərarıdır, mən özüm də bilmirəm ki, niyə belə qərar verilib. Lakin düşünürəm ki, risk hər zaman var. Riskləri nəzərə almaq lazımdır. Təəssüflər olsun ki, biz bu pandemiya ilə yaşamağa məcburuq. Biz cəmiyyət olaraq başa düşməliyik ki, pandemiya hələ bitməyib. Bəzi məhdudiyyətləri anlayışla qəbul etməli və öz öhdəmizə düşənləri etməliyik”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycan məktəblərində lazımlı dezinfeksiya işləri aparılıb və pedaqoji heyətin böyük hissəsi vaksinlənib.

“Təbii ki, biz şagirdlərdən vaksin tələb edə bilmərik, onlar risk qrupuna daxil deyillər, amma onlar daşıyıcı ola bilərlər. Risk faktorundan mümkün qədər sığortalanmaq üçün isə qarantin və gigiyena qaydalarına əməl etmək lazımdır. Valideynlərin vaksinlənməsi çox vacib məsələdir. Avropa ölkələrində təhsilin yenidən bərpa olunmasının başlıca səbəbi insanların peyvəndə könüllü getməsi oldu. Bu istiqamətdə hər kəs öz məsuliyyətini başa düşməlidir. Məktəblərdə virusun yayılma riski hələ də qalır, valideynlər də bunu nəzərə almalıdır”, - deyə İ.Orucov qeyd edib.

O qeyd etdi ki, pandemiya dövründə təkcə Azərbaycanda yox, bütün dünyada təhsil sahəsində problemlər müşahidə olundu.

“Bir çox şagird və tələbələr, habelə əksər pedaqoqlar distant təhsilə hazır deyildilər. İstər metodiki baxımdan, istərsə də texnoloji baxımdan distant təhsilə keçid bir qədər zaman aldı və təbii ki, problemsiz ötüşmədi. Lakin düşünürəm ki, zamanla bu və digər problemlər öz həllini tapacaq”, - deyə İ.Orucov əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Bakının bəzi yerlərində evləri yağış suları basıb
Son xəbərlər
Bütün xəbərlər »