Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Rusiya əhalisinin sayını artırmaq istəyir, amma bacarmayacaq - Səbəblər
Putin Rusiya əhalisinin sayını artırmaq istəyir, amma bacarmayacaq - Səbəblər

Rusiya böyük demoqrafik böhran yaşayır. Ölkə əhalisinin sayı sürətlə azalmağa başlayıb. Təkcə son bir ildə təxminən 702 min nəfər azalma qeydə alınıb. Dövlət başçısı Vladimir Putin də böhrana görə narahatlığını gizlətmir. Rusiya prezidenti problemi qısa zamanda aradan qaldırmağın mümkünsüzlüyünü dilə gətirir. Son yarım ildəki azalma vəziyyətin nə qədər pis olduğunu göstərir. Rəqəmlər azalmanın sürətinin iki dəfə artmasına işarə vurur.

Bizimyol.info xəbər verir ki, Putinin Rusiya əhalisinin sayını arırmaq məqsədinə çatacağı inandırıcı görünmür. Təhlilçi Anna Nemtsova da məhz bu fikirdədir.

“Dövlət televiziyasının konservativ ölkə təsvirinə fikir verməyin. Dövlət Statistika Federal Xidmətinin 2020-ci il məlumatına görə, Rusiyada nikahların 73 faizi boşanma ilə nəticələnib. Boşanmaların 48 faizi ilk övladın dünyaya gəlməsinə qədər baş tutub. Putin ona görə istəyinə çata bilməyəcək ki, ölkədə qadınların 51 faizi uşaq doğmaq istəmir”.

Nijni Novqorod şəhəri ilə bağlı statistik göstəricilər vahimə doğurur. Burada hər il ölənlərin sayı doğulanlardan 15 min nəfər çox olur. Demoqraflar, ətraf mühitin müdafiəsi ilə məşğul olanlar, siyasətçilər bölgədə onkoloji xəstələrin, ürək xəstəliklərindən əziyyət çəkənlərin sayının kəskin artmasını araşdırırlar. Amma pandemiyanın böyük zərbəsi də öz rolunu oynayıb. 2.6 milyon əhalisi olan şəhər üçün il ərzində 42 mindən çox sakinin ölməsi narahatedici məsələdir.

Rusiyada ölümlərin yarıdan çoxunun səbəbi ürəktutmalar, insult, hipertoniya olur. Ölkədə hər üç nəfərdən biri 60 yaşına çatmır. Yeni il tətilləri çox təhlükəli dövr sayılır. Çünki həmin iki həftə ərzində sərxoşluğa və donmalara görə minlərlə ölən olur. Demoqrafiya institutunun eksperti Yuri Krupnov deyir ki, Rusiyada ambisiyalı qadınlar qədər tənbəl və zəif kişilər də var: “Məhz buna görə qadınlar kişilərin azlığından şikayətlənir”.

Krupnov hər qadına düşən doğuş göstəricisinin (1.5) çox aşağı olduğunu bildirir. Onun fikrincə, belə davam edərsə, əsrin sonunda Rusiyada cəmi 70 milyon insan yaşayacaq.

Rusiyada əhalinin azalmasında sosial-iqtisadi amillər də az rol oynamır. Valideyn olmaq istəmədiyini bildirən gənclər daha çox mənzil şəraitinin pisliyini və maaşların çox aşağı olmasını əsas gətirir.

Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »