Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarova Vyanada Polşa Senatının sədri Tomas Qrodzki ilə görüşüb
Sahibə Qafarova Vyanada Polşa Senatının sədri Tomas Qrodzki ilə görüşüb

Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 7-də səfər çərçivəsində Polşa Senatının sədri Tomas Qrodzki ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Sahibə Qafarova Azərbaycanla Polşa arasında əlaqələrin inkişafından söz açıb. Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini vurğulayan spiker Sahibə Qafarova Azərbaycan və Polşanın bir çox sahələrdə uğurlu əməkdaşlıq münasibətlərinə malik olduqlarını qeyd edib.

Ölkəmizin Polşa ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini bildirən Milli Məclisin sədri qanunverici orqanlar arasında da münasibətlərin mövcud səviyyəsindən razılığını ifadə edib.

Görüşdə spiker S.Qafarova 44 günlük Vətən müharibəsindən və ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatdan sonra bölgədə yaranmış yeni reallıqlardan söz açaraq, həmkarının diqqətinə çatdırıb ki, 2020-ci ildə Azərbaycan öz gücü hesabına torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi. Ölkəmiz bununla da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi. Münaqişənin artıq tarixə çevrildiyini bildirən Milli Məclisin sədri ölkəmizin bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlı olduğunu, bu istiqamətdə lazımi addımları atdığını qeyd edib. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinə başladığını diqqətə çatdırıb. Bununla belə, Spiker Ermənistanın hələ də təxribatlarını davam etdirdiyini və sabitliyə mane olduğunu vurğulayaraq, Ermənistan tərəfindən törədilən təxribatları həmkarının diqqətinə çatdırıb.

Görüşdə Polşa Senatının sədri Tomas Qrodzki parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, ikitərəfli səfərlərin intensivləşməsinin vacibliyi haqqında danışıb. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan Tomas Qrodzki bölgədə sülhün və sabitliyin təmin olunmasının vacibliyini qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »