Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil Nazirliyi: Ailədə yoluxma halı varsa, uşağı məktəbə gətirməyin
Təhsil Nazirliyi: Ailədə yoluxma halı varsa, uşağı məktəbə gətirməyin

Təhsil Nazirliyi orta məktəb şagirdlərinin valideynlərinə müraciət edib.

Bizimyol.info xəbər verir ki, təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, tədris mərkəzində xüsusi nəzarət olsa da, məktəb qarşısında sıxlıq yaranır: “Valideynlərdən xahiş edirik ki, məktəblərin qarşısında sıxlıq yaratmasınlar, sosial məsafə saxlasınlar. Əgər ailə üzvlərində yoluxma varsa, uşağını məktəbə gətirməməlidir və bu barədə məktəb rəhbərliyinə məlumat verməlidirlər.

Ötən il belə bir hal olmuşdu, valideyn COVID-19-a yoluxan şagirdi məktəbə gətirmişdi. Bu cür hallara valideynlər yol verməsinlər”.

Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
Son xəbərlər
Bütün xəbərlər »