Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB, yoxsa Səhiyyə Nazirliyi... - Fil tək darıxırdı, biri də gəldi
TƏBİB, yoxsa Səhiyyə Nazirliyi... - Fil tək darıxırdı, biri də gəldi

Ölkəmizin səhiyyə sisteminin vəziyyətini necə qiymətləndirisiniz? Bu dəfə sualı verib cavabını sizə həvalə edəcəm. Bəlkə hamı bərbad deməyəcək, “əla vəziyyətdədir” deyən tapılacaq və bunu əsaslandıracaq. Mən hələ də möcüzələrə inanıram.

Uzun müddətdir ölkədə TƏBİB-lə Səhiyyə Nazirliyi arasında “qol güləşi” gedir.Səhiyyə Nazirliyinin bir çox səlahiyyətləri əlindən alınaraq TƏBİB-ə verildi.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev hələ ötən ilin yayında bildirmişdi ki, TƏBİB və Səhiyyə Nazirliyi arasında əmək bölgüsü islahatlarla əlaqəlidir. “Azərbaycanda səhiyyə sistemində islahatların aparılması nəzərdə tutulurdu. Qlobal böhran səbəbindən TƏBİB və Səhiyyə Nazirliyi arasında təhsil-təslim, səlahiyyətlərin bölgüsü tam başa çatmayıb. Ona görə də hər iki qurumun birgə fəaliyyəti təşkil olunur”.

Bu ilin aprelindən Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərə tibbi yardım göstərilməsi və onların dispanser müşahidəsini həyata keçirəcək tibb müəssisələrinin siyahısı, o cümlədən tibbi yardım göstərilməsi və dispanserləşdirilmə keçirilməsi qaydaları TƏBİB-ə həvalə edildi.Bu yeganə addım olmadı.

Bir neçə gün öncə Bakı və Abşeronda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətləri sonlandırıldı. Artıq Səhiyyə Nazirliyi Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına həkim vəzifələrinə vakansiya da elan edib.

Belə baxanda sadə vətəndaşa heç maraqlı da deyil kimi hardan alıb, kimə verdilər.Vətəndaşa maraqlı olan şey keyfiyyətli xidmət almaqdır , onu da bu döyüşdə , bu çəkhaçəkdə ala bilmir. Kim kimi vurmaq istəyir, ilk zərbəni vətəndaş hiss edir. Biri birisinin gəlir yerini vurur, biri o birini vəzifədən atdırmaq üçün harlarasa xəbər uçurdur, reyd keçirtdirir, gah kimsə korrupsiyada ittiham olunur, gah kimisə rüşvət üstə tuturlar, gah kiminsə xəstəxanasında yanğın çıxardırlar, gah sağlam adamı öldürürlər ki, xəstə sahibləri etiraz edib, üsyan çıxarsnlar. İlan da seyidin əliylə tutulsun.

Problem olanda da TƏBİB nazirliyin üstünə atsın. Nazirlik TƏBİB-in. TƏBİB-in yaradılmasındakı məqsəd bu qurumu yüksəltmək, zamanla nazirliyin bütün səlahiyyətlərini ona həvalə edib, yarıtmaz fəaliyyət gösətərən , korrupsiyalaşmış qurumu ləğv eləmək idi. Lakin tezliklə zəhərli sarmaşıqlar TƏBİB-i də sardı və bu ikibaşlı əjdaha indi həm arxasındakı xalqı dişləyəsi oldu, həm də başlar bir-birini.

TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradır, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır. Nazirlik də eynisini edir, sadəcə tibbi sığorta nazirliyn yox, TƏBİB-in əlindədir.

İcbari Tibbi Sığorta üzrə göstərilən xidmət səviyyəsi çox aşağıdır. Deyirlər mübarizə aparın. Biz aylıq maaşlarımızdan 2 faiz ödənişi mübarizə aparmaq yox, xidmət almaq üçün verirdik. Qarşımızı kəsən daş divarlara kəllə vuraq? Lap belə vurduq. Yaralansaq barı sığortamızı təşkil edəcəklərmi?

TƏBİB SN -ə alternativ olaraq yaradıldı. Amma dəyişən bir şey olmadı. Bayaqdan dərdimiz olanda kimin yaxasından yapışacağımızı bilirdik, indi bilmirik. Kimsə kiminsə üstünə atmağı peşə halına gətirdi. Molla Nəsrəddinin o məşhur fil hekayəsinə dönmüşük, qardaş. Fil tək darıxırdı, birini də göndərdilər.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› Putin Ağasandyanı Rusiyanın KTMT yanında yeni daimi nümayəndəsi təyin edib
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
Son xəbərlər
Bütün xəbərlər »