Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birinci dozanı vurdurmayanlar ikinci, üçüncü dozaları vurdursalar, nə baş verər... – Həkimdən açıqlama
Birinci dozanı vurdurmayanlar ikinci, üçüncü dozaları vurdursalar, nə baş verər... – Həkimdən açıqlama

Peyvənd, covid pasportu tələbi ortaya çıxan gündən bəri işbazlar “iş” başına keçib. Hərəsi özünə uyğun bir rəqəm təyin edir, saxta covid pasportu verir. Bu halların qarşısını almaq üçün daim yoxlamalar aparılır, hətta aşkar olunan şəxslərin kariyerasına bir dəfəlik son qoyulur.

Birinci və ya ikinci doza sənədini saxta yollarla alan bəzi şəxslər indi 3-cü, 4-cü dozaların gəldiyini görür, düşünürlər ki, hər dəfə bu qədər pul verməklə buna pul çatdırmaq olmaz və vaksin olunmaq qərarına gəlirlər. Lakin bu zaman da qorxuya düşürlər ki, əvvəlki dozaları vurdurmamış digər dozaları qəbul etsələr, ciddi fəsadlarla üzləşə bilərlər.

İnfeksionist Mərdan Əliyev məsələ ilə Bizimyol.info-ya açıqlama verən zaman bildirib ki, bundan qorxmağa gərək yoxdur.

İnfeksionist Mərdan Əliyev Mərdan Əliyev

“Bütün dozaların tərkibi eynidir. Birincini və ya ikincini vurdurmayanlar üçüncü, dördüncü dozaları vurdura bilərlər. Bu, onların elə birinci dozası hesab olunacaq. Lakin bir məsələ var ki, birincini saxta yollarla sənəd almış şəxslər ikinci dozanı vurdursa, belə heç bir effektivliyi olmayacaq. Çünki effektiv olması üçün 1 ay sonra yenidən vaksin olunmalıdır”.

Leyla Mirzə

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
Son xəbərlər
Bütün xəbərlər »