Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin qaz məsələsindən Avropaya qarşı silah kimi istifadə edir
Putin qaz məsələsindən Avropaya qarşı silah kimi istifadə edir

Dünən Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib ki, Avropanın enerji təminatçısı olacaq “Şimal axını-2” qaz kəmərinin istifadəyə verilməsinə çox az qalıb.

Əvvəllər ABŞ bu kəmərə qarşı çıxış edirdi, çünki bu kəmər Avropanın Rusiyadan asılılığını gücləndirirdi, hətta layihənin baş tutmaması üçün ABŞ Administrasiyası 11 milyard dollarından da keçmişdi.

Təxminən 8.4 milyard dollar dəyərində olan "Şimal Axını 2" layihəsi ABŞ-ın qəzəbinə və demokratların, eləcə də respublikaçıların buna qarşı çıxmasına səbəb olmuşdu. Tramp hakimiyyətdəykən boru xətti vasitəsilə Rusiyanın Avropanın enerji təminatında əlinin güclənəcəyinə və öz payının - yəni, Amerika mayeləşmiş qazına sərfəli Avropa bazarında ehtiyacın azalacağından ehtiyat edirdi. Tramp Rusiyanın Qazprom şirkətinə məxsus olan 1225 kilometrlik (760 mil) boru kəmərinin Almaniyanı "Rusiyanın girovuna" çevirə biləcəyini söyləmişdi.

Rusiya hazırda Aİ-nin qaz tədarükünün təxminən 40 faizini təmin edir. Aİ-yə daxil olmayan, lakin Avropanın vahid bazarında iştirak edən Rusiya 40 faiz təkliflə Norveçdən irəlidədir. Sözügedən yeni boru kəməri Baltik dənizi altından keçən qazın həcmini ildə 55 milyard kubmetrə çatdırmağı hədəfləyir.

“Avropa gələcəkdə Putindən gələn təzyiq tədbirlərinin qarşısını almaq üçün addımlar atılacağını desə də, görünən budur ki, Böyük Britaniya Rusiya ilə müəyyən problemlərlə qarşılaşacaq. Çünki qaz təchizatının stabilliyi Putinin əlindədir”. Bu fikirlər Britaniyanın "Daily Express" qəzetində yer alıb.

“Britaniya hökuməti istixana effektinin qarşısnın alınması üçün qazdan istifadədən mərhələli şəkildə imtina planını elan etsə də, hələlik qaza alternativ yoxdur. Qışa az qalıb və Britaniyanın qaz təchizatında zəif nöqtələr çoxdur. Digər Avropa ölkələrinə nisbətən Britaniya qaz təminatında ən zəif halqadır”,- deyə qəzet yazır.

Politoloq Maykl Makkey Bayden administrasiyasını tənqid edərək bildirib ki, Bayden postunu tərk etməyə hazırlaşan Merkellə mübahisəli Rusiya kəməri barədə pakt imzalamaqla səhvə yol verdi. O, Ukrayna ilə məsləhətləşməli idi. ABŞ bu məlumatı paylaşdıqdan sonra NATO Şərq və Qərb deyə iki yerə parçalanıb.

Makkey bildirib ki, Putin “Şimal axını-2” kəmərini Avropadakı maraqlarını qorumaq üçün silah kimi istifadə edir. Bu addım da qazın qiymətlərinin kəskin artımına səbəb olub. O həmçinin əlavə edib ki, Merkel və Baydenin Ukrayna ilə məsləhətləşmədən bu paktı qəbul etməsini də Putin öz əlində silaha çevirəcək.

Rusiya təbii qazın 1000 kubmetrinin qiymətini 600 dollardan yuxarı təyin edib və “Qazprom” mənfəətinin 22 dəfə artıdığını deyir.

İlhamə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »