Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili həbs olunsa da, vətəninə dönəcəyini bildirib
Saakaşvili həbs olunsa da, vətəninə dönəcəyini bildirib

Gürcüstanın eks prezidenti Mixail Saakaşvili bildirib ki, oktyabrın 2-də yerli idarəetmə oprqanlarında keçiriləcək seçkilərdə iştirak etmək üçün Gürcüstana gedəcək.O şəxsən vətənində olmaq istədiyini bəyan edərək, xaricdə yaşayan bütün soydaşlarını eyni addımı atmağa çağırıb. Baş nazir İrakli Qaribaşvili cavab olaraq bildirib ki, Saakaşvili gələn kimi onu həbsxanaya göndərəcək və “çoxlu sayda bəzəkli qalstuklarla təmin edəcəklər”.

Saakaşvili isə həbs olunsa belə, gürcü xalqının onu azad edəcəyinə inandığını bildirib.

Saakaşvili 2013-cü ildə vəzifə səlahiyyətləri bitdikdən sonra ölkəsini tərk edib. Onun barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum  etmə hökmü verilib.

Qaribaşvilinin  Saakaşviliyə qalstuk məsələsi ilə bağlı sataşması isə Rusiya ilə 3 günlük müharibə dövründə Saakaşvilinin  həyəcan içində öz qalstukunu çeynədiyini əks etdirən görüntülərin yayılması ilə bağlıdır.

İlhamə, Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
Son xəbərlər
Bütün xəbərlər »