Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sülhməramlılarının rəhbəri Qarabağdan gedir
Rusiya sülhməramlılarının rəhbəri Qarabağdan gedir

Hələ 2021-ci ilin mayında Qarabağdakı sülhməramlıların rəhbəri Rüstəm Muradovun missiyasını başa vuracağı ilə bağlı məlumat yayılmışdı. Onu cənub hərbi dairəsi komandirinin müavini Aleksey Avdeyevin əvəz edəcəyi bildirilirdi. Amma qoşunların təmas xəttindəki gərginliyin bitməməsi dəyişikliyi ertələmişdi. İndi Muradovun getmək zamanı çatıb.

Bizimyol.info xəbər verir ki, sülhməramlıların rəhbəri Qarabağdan gedir. Muradov getməzdən əvvəl Ermənistanın Müdafiə naziri Arşak Karapetyanla görüşüb. Nazir onu sülhün təminatçısı adlandırıb və bu missiyaya görə təşəkkür edib. Görüşdə Rusiyanın Ermənistandakı hərbi attaşesi İqor Şerbakov da olub. Ermənistan mətbuatı Qarabağda baş verənlərin ciddi müzakirə edildiyini yazır. Amma Muradovu kimin əvəz edəcəyi xəbər verilmir.

Rüstəm Muradov 1973-cü ildə Dağıstanda, müsəlman ailəsində doğulub. Hərbçi tabasaran xalqının nümayəndəsi sayılır. Sankt-Peterburqda ümumqoşun hərbi məktəbini bitirib. 1996-cı ildən müxtəlif vəzifələrdə çalışır.

Rüstəm Muradov sülhməramlılara 2020-ci ilin noyabrından rəhbərlik etməyə başlayıb. Keçən ilin fevralından general-leytenant rütbəsini daşıyır. Rüstəm Muradov Rusiyanın milli qəhrəmanıdır. Ona bir çox medallar verilib. Rusiya prezidenti Vladimir Putin onun xüsusilə Suriyadakı fəaliyyətini yüksək qiymətləndirir.

Ermənistan mətbuatı Rüstəm Muradov haqqında hörmətlə danışır. Hesab olunur ki, sülhməramlıların rəhbəri hərbi əsirlərin qaytarılmasında böyük rol oynayıb. Ermənistan tərəfinin Muradova tərif yağdırması adi hal alıb. İl ərzində müharibədə məğlub olmuş tərəfin Müdafiə naziri, Baş qərargah rəisi dəfələrlə Rusiya generalına təşəkkürünü çatdırıb.

Muradov Ermənistana açıq-aşkar canıyananlıq nümayiş etdirir. Bu ilin iyununda məhz bu generalın 15 Ermənistan əsirinin geri qaytarılmasında ciddi rol oynadığı bildirilir. Onda Ermənistanın Baş naziri Nikol Paşinyan Muradova minnətdar olduğunu demişdi.

Rüstəm Muradovun sülhməramlıların rəhbəri təyin olunmasının ilk günlərində Azərbaycan ictimaiyyətində ondan müsbət gözləntilər müşahidə edilirdi. Necə də olmasa, missiyaya müsəlman şəxsin başçılıq etməsi müsbət qarşılanırdı. Amma tezliklə Muradovun daha çox Ermənistana tərəf əyilməsi aşkar edildi. Rusiya sülhməramlıları kimi bu general-leytenant da sanki bölgəyə sülh gətirməyi heç vaxt istəməyib.

Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »