Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jan-Pol Belmondo vəfat edib
Jan-Pol Belmondo vəfat edib

Fransız aktyor Jan-Pol Belmondo 89 yaşında vəfat edib.

Bu barədə “Frans Press” agentliyinə aktyorun vəkili Mişel Qodest məlumat verib.

"Son aylarda çox yorğun idi. Sakitcə getdi",- deyə o bildirib. Vəkil aktyorun Parisdəki evində öldüyünü açıqlayıb.

1957-ci ildə başlayan aktyorluq karyerası ərzində Belmondo filmlərdə və Fransız teatrlarının səhnələrində 10 -dən çox rol oynayıb. O, 1960-cı ildə fransız kinosunun "yeni dalğasının" bir növ manifestinə çevrilən Jan-Luk Qodardın "Son nəfəsdə" (“À bout de souffle”) filminin yayımından sonra məşhurlaşıb . Daha sonra Belmondo Vittorio De Sikanın "Oskar" mükafat almış "Çoçara" (La Ciociara) filmində Sofi Lorenlə birlikdə çəkilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »