Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Taliban” Pəncşirdən Əhməd Şah Məsudun məzarının görüntülərini yayıb
“Taliban” Pəncşirdən Əhməd Şah Məsudun məzarının görüntülərini yayıb

“Taliban” hərəkatı Pəncşirdən əfsanəvi səhra komandiri Əhməd Şah Məsudun məzarının görüntülərini yayıb.

APA-nın verdiyi xəbərə görə, “Taliban”ın yaydığı videoda Şah Məsudun məqbərəsinin qarşısındakı meydan boşdur, taliblərə qarşı hər hansı müqavimət yoxdur.

Əhməd Şah Məsudun məqbərəsi Pəncşir vilayətinin inzibati mərkəzi Bəzərəkin 8 kilometrliyində yerləşir.

Qeyd edək ki, Pəncşirdə müqavimət qüvvələrinə Əhməd Şah Məsudun oğlu Əhməd Məsud rəhbərlik edir. “Taliban” Pəncşirə nəzarəti tam ələ keçirdiyini bəyan etsə də, müqavimət qüvvələri taliblərin bəyanatını təkzib edib. Əhməd Məsud Əfqanıstan xalqını “Taliban”a qarşı üsyana çağırıb.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
Son xəbərlər
Bütün xəbərlər »