Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu ölkənin həbsxanasındakı qaydalar görənləri heyrətləndirir
Bu ölkənin həbsxanasındakı qaydalar görənləri heyrətləndirir

Rusiyanın səyahət proqramlarından biri Norveç həbsxanasında çəkiliş edib.

Proqram boyunca rus aparıcı eşitdiyi və gördüyü faktlar qarşısında heyrətini gizlədə bilməyib. Norveçdə cinayətkarlıq səviyyəsi çox aşağıdır. Yaradılmış sistem isə o qədər qeyri- adidir ki, hətta ən demokratik ölkələri belə heyrətləndirir.

Norveç həbsxanalarında dustaqların hər birinin ayrıca otağı var. Otaqların apısı yalnız gecələr onların üzünə bağlanır. Otaqlarda tualet, hamam, televizor, soyuducu, şkaflar var. Hər bir otağın öz açarı var, açarda dustaqların özündə olur. Gündüz işə gedərkən və ya istirahət edərkən hər kəs öz qapısını bağlaya bilər və heç kim ona mane olmaz. Səhər açılan kimi dustaqlar ümumi mətbəxə gedir, istədikləri yeməyi bişirirlər. Əslində onlara hazır yeməklər də verilir, hətta vegeterianlar üçün də xüsusi menyü hazırlanır.Mətbəxdə bıçaq və digər kəsici əşyalar var və bu heç kimi narahat etmir.

Norveç həbsxnalarında dustaqlar güvən əsasında yaşayırlar. Özlərini nümunəvi aparan dustaqları həftədə bir dəfə evə buraxırlar, bəzən onlara öz evlərində gecələməyə də icazə verilir. Dustalqar və nəzarətçilər arasında nəzakətli münasibət var, dustaqlar hansısa problemin həlli üçün onlara müraciət edirlər. Norveçli nəzarətçilərin üstlərində hansısa silah, hətta dubinka belə olmur.

Həbsdə olan dustaqların qazancı aylıq 1500 avroya çata bilir. Nəzarətçilərin maaşı 2850 dollar təşkil edir. Həbsxana həkimləri isə 9500 avro əməkhaqqı alırlar.Burda dustaqlar öz pullarını istədikləri ərzağa xərcləyə və ya onu saxlayıb azadlığa çıxdıqdan sonra istifadə edə bilərlər.

Kişilərlə yanaşı qadın nəzarətçilər də xidmət göstərirlər və eyni hüquqlara sahibdirlər. Norveçli nəzarətçilər deyirlər ki, bu sistem həbsdə olan insanın islah olunmasında həqiqətən rol oynayır, azadlıqdan məhrum etmək, onu insanlıqdan məhrum etmək demək deyil.Ona görə də bu həbsxananı tərk edib gedən insanların düşüncələri həqiqətən dəyişir və onlar azadlıqda gəzən keçmiş dustaqlarla normal münasibət saxlaya bilirlər.

Yəqin ki, həbsxanalardakı bu cür həyat tərzinə, azadlığa bəzi şərq ölkələrinin azad həyata malik insanları da həsəd aparardı.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »