Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident paralimpiyaçılar və məşqçilərə mükafatlar müəyyən edib
Prezident paralimpiyaçılar və məşqçilərə mükafatlar müəyyən edib

Prezident İlham Əliyev qazanılan yüksək nəticələrə görə, Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında iştirak edən əlilliyi olan idmançılara və onların məşqçilərinə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Bizimyol.info xəbər verir ki, sərəncamda qeyd edilir ki, Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »