Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkidə qaz borularını “oğurlayan”lar kimlərdir... – DİN-dən açıqlama
Şəkidə qaz borularını “oğurlayan”lar kimlərdir... – DİN-dən açıqlama

Redaksiyamıza Şəki rayonu, Baş Göynük kənd sakinləri və 2-ci Qarabağ Müharibəsi veteran və qaziləri Əskər Əskərov, Əyubov Nurlan tərəfindən şikayət məktubu daxil olub.

Məktubda bildirilir ki, 1 aydan çoxdur ki, kəndin yolundakı 8 km uzunluğunda, diametri 25 sm olan dəmir qaz boruları, Aşağı Göynük ərazisində yerləşən və (bazar yolu) adlanan yerdəki 3 km–lik eyni ölçülü qaz boruları bir dəstə oğru tərəfindən kəsilərək hər metri 40 manata satılır.

“Bu borular vaxtilə “Azəriqaz”dan alınıb yerli bələdiyyələrin balansına verilib. Hadisə ilə bağlı polisə şikayət etmişik.  Şəkidən polis maşınları gəlib bütün oğru dəstəsini iş başındaca yaxalayaraq tutub aparıblar. Lakin axşam saatlarında hamısını buraxıblar. Elşad adlı polis əməkdaşı isə oğruları buraxmalarını onunla izah etdi ki, guya hələ araşdırma gedir.

Görünən odur ki, Şəki polisinin bu oğru dəstəyə gücü çatmır. Ona görə də cənab Ali Baş Komandan və Prezident İlham Əliyevə müraciət edərək xahiş edirik ki, cəmi 11 km uzunluğunda olan dəmir boruların tapılaraq yerli bələdiyyələrin balansına qatarılması barədə göstəriş verəsiniz”,- deyə məktubda qeyd olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Bizimyol.info-ya bildirib ki, Şəki şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qaz borularını oğurlayan şəxslərin məsuliyyətə cəlb edilməmələri ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir.

“Ərazidə xidmət aparan polis əməkdaşları Aşağı Göynük kəndi ərazisində qaz borusunun 3 nəfər şəxs tərəfindən kəsildiyini aşkar ediblər. Məsələnin araşdırılması məqsədilə onlar Polis Şöbəsinə dəvət olunublar. Araşdırma zamanı məlum olub ki, “Azəriqaz” İstehsalat Birliyinə məxsus köhnə polad boruların sökülüb anbara daşınması ilə  əlaqədar “Qaz Tikinti-MQ” MMC-nin əməkdaşları tərəfindən akt tərtib olunub və orada işləyən şəxslərin də məqsədi qaz borularını sökərək MMC-nin anbarına daşımaq olub.

Əgər sakinlər tərəfindən qanunsuz hər hansı fakt aşkarlanıbsa, bu barədə aidiyyatı üzrə polis şöbəsinə müraciət edə bilərlər ”,- deyə Mahir Məsimov bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »