Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Könüllü məcburiyyət, Dəli Domruılun körpüsü - Hər iki halda cəzalısan
Könüllü məcburiyyət, Dəli Domruılun körpüsü - Hər iki halda cəzalısan

Dirilmək istəyən turizmimizin başına döyə-döyə öldürən qərarlarımız var. Həm də anlamsız, xarici ölkələrdə keçməyən qərarlarımız.

Elə əslində özümüzü də incidən, özümüzün də anlamadığımız qərarlarla kələfin ucunu itirmişik. Bu günlərdə otellərdə peyvənd pasportu tələbi xaricdən gələn turistlərimiz üçün bəlaya çevrilib. Gəldikləri ölkədə belə bir tələb olmayıb, yoxlamadan keçib gəliblər və yoxlamadan keçib qayıdacaqlar geri. Bizdə qalmağa otel tapmırlar, çünki otel sahibləri pasportsuz müştəri qəbul etsə, cərimələnəcəyini bilir. Digər tərəfdən də tək-tük müştərisi var, onu da əldən buraxır deyə qalır yana-yana.

Nazirlər Kabinetinin verdiyi qərarla sentyabrın 1-dən 18 yaşından yuxarı vətəndaşlar iaşə müəssisələrində və otellərdə göstərilən xidmətlərdən yalnız peyvənd aldıqları halda istifadə edə bilərlər. Onsuz da bu ilin may ayından ölkəyə gələn turistlərdən pasport və analiz nəticəsi tələb olunurdu. Bu da xarici turistlərin sayında azalmaya səbəb olmuşdu. Bir çox ekspertlər hesab edirlər ki, yeni qərar ölkə vətəndaşlarını hotellərdən fərdi qonaq evlərinə yönəldəcək və bu bu fərdi sahibkarlığın, kənd turizminin inkişafına yaxşı təsir edəcək. Amma turist fərdi sahibkarların evində şəraitdən məmnundurmu? Böyük əksəriyyəti “yox” deyir. Qonaqpərvərliyimizlə öyünsək də, biz xidmət sektorunda çox geridəyik.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, yeni qərar müəssisələrin tam gücü ilə işləməsinə imkan vermir.

Samir Dübəndi Samir Dübəndi

“Onsuz da müxtəlif karantin qaydaları tətbiq olunur. Sosial məsafənin saxlanması, bir masa arxasında oturan insanların sayında məhdudiyyət, otellərin tam qüvvəsi ilə işləmək imkanının məhdudlaşdırılması və s. bu sıraya daxildir. Bununla da yanaşı, müxtəlif qurumlar tərəfindən çoxsaylı monitorinqlərin keçirilməsi də fəaliyyətə təsir edir. Pasport tələbi turist axınına təsir edir. Qərar ölkə vətəndaşları üçündür. Ölkəyə girərkən yoxlanıldıqları üçün xarici turistlərə bu tələb qoyulmur”.

Çaşqınlıq yaradan səbəb qayda qoyularkən onun çox qarışıq formada izah edilməsi, müxtəlif manipulyasiyalara əl yeri qoymasıdır. Bir çox qərarların uzun və çətin anlaşılan cümlələrinin arxasında “bəzi hallar istisna olmaqla” ifadəsi mütləq işlədilir. Elə bu bəzi hallar imkan verir ki, hər kəs bu “bəzi”ni bildiyi kimi yozsun.

Deyirlər meşədə dovşan qaranəfəs qaçır. Tülkü soruşur:

- Niyə qaçırsan?

- Kimin 3 qulağı varsa, bnirini kəsirlər.

- A dovşan, sənin ki, 2 qulağın var, niyə narahat olursan?

- Bunlar əvvəl kəsirlər, sonra sayırlar.

Cavab bizim bu günkü reallığımız kimi. O qədər cərimələr, cərimə yazdıracaq səbəblərimiz var ki, haqlı olan da qorxur, haqsız olan da. Bu böhran zülm oldu. Dədə Qorqud dastanında Dəli Domrul var idi. Səhranın ortasında karvan keçən yolda körpü tikmişdi, körpüdən keçəndən 1 axça alırdı, keçməyəndən 2 axça. Pul vermək istəməyənləri də vurub öldürürdü. Bizim könülllük adı altında etməyə məcbur olduqlarımızın hamısı Dəli Domrulun körpüsündən keçmək kimi bir şeydir.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »